Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    HƏMAS Türkiyəyə təşəkkür edib - Fələstinə dəstək vurğulanıb

    30 Avqust 2025 11:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HƏMAS Türkiyəyə təşəkkür edib -  Fələstinə dəstək vurğulanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    HƏMAS, Türkiyənin Fələstin xalqına və Qəzza zolağına verdiyi dəstəyə görə minnətdarlığını ifadə edən bəyanat yayıb. Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən Qəzza sessiyasının yekunlarına dair açıqlama verən HƏMAS, Türkiyənin İsrailə qarşı ticarət əlaqələrini kəsməsi və hava məkanını bağlaması qərarını yüksək qiymətləndirib.

    AzerVoice xəbər verir ki, TBMM sədri Numan Kurtulmuşun sədrliyi ilə keçirilən fövqəladə iclasda İsrailin Qəzzaya hücumları, Fələstin xalqına qarşı soyqırım və zülm siyasətləri müzakirə edilib. HƏMAS-ın bəyanatında Türkiyənin bu məsələdəki qəti mövqeyi və İsrailə qarşı tətbiq etdiyi sanksiyalar təqdir olunub. Xüsusilə, xarici işlər naziri Hakan Fidanın İsrailə ticarət əlaqələrinin kəsilməsi, limanların və hava məkanının bağlanması ilə bağlı açıqlamaları vurğulanıb.

    HƏMAS bəyanatında Türkiyəni, ərəb və İslam ölkələrini, eləcə də dünya güclərini İsrailə qarşı sanksiyaları artırmağa, əlaqələri tamamilə kəsməyə və İsrail liderlərinin insanlığa qarşı cinayətlərə görə mühakimə olunmasını təmin etməyə çağırıb.

    Fidan iclasda, “İsrail iki ildir ki, dünyanın gözü qarşısında Qəzzada soyqırım törədir,” – deyərək, İsrail hökumətini tarixin ən irqçi hökuməti adlandırıb. O, Fələstin müqavimətinin tarixin gedişatını dəyişəcək və məzlumların simvolu olacağını bildirib. Fidan, Türkiyənin İsrailə qarşı addımlarının dünyada misilsiz olduğunu qeyd edərək, “Biz İsraillə ticarətimizi tamamilə kəsdik, limanlarımızı və hava məkanımızı onların üzünə bağladıq. Heç bir ölkə bu qədər qəti addım atmayıb,” – ifadəsini işlədib.

    #Türkiyə #İsrail #Fələstin #Numan Kurtulmuş #Qəzza zolağı #Hakan Fidan #HƏMAS #Türkiyə İsrail şirkətlərini boykot edir #İsrail hücumları #Türkiyə Böyük Millət Məclisi (TBMM) #Türkiyə-HƏMAS əlaqələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    Fələstin XİN israilli məskunlaşanların hücumlarının artması barədə xəbərdarlıq edib

    29 Avqust 2026 18:26

    İsrail ordusu Qusrada fələstinlilərin evinə daxil olan israilliləri çıxarıb

    29 Avqust 2026 18:22
    XƏBƏR LENTİ

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.