Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Bahçelidən Zəfər bayramı mesajı - Terrorsuz Türkiyəyə doğru

    29 Avqust 2025 15:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bahçelidən Zəfər bayramı mesajı - Terrorsuz Türkiyəyə doğru
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Türkiyənn Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli 30 Avqust Zəfər Bayramı münasibətilə verdiyi mesajda, Türk millətinin 103 il əvvəl düşmənsiz Türkiyəyə nail olduğunu, indi isə terrordan azad bir vətənə çatmağa qərarlı olduğunu bildirib.

    AzerVoice xəbər verir ki, Bahçeli yazılı açıqlamasında, “Türk milləti 103 il əvvəl qanı və canı ilə düşmənsiz Türkiyəyə nail oldu, indi də Allahın izni ilə terrorsuz Türkiyəyə çatacaq,” – deyə qeyd edib. O, daxili və xarici düşmənçiliklərin terrorsuz Türkiyə ilə təsirini itirəcəyini vurğulayıb.

    Bahçeli, avqust ayının Türk milləti üçün zəfər ayı olduğunu, 26 avqust 1922-ci ildə başlayan Böyük Hücumun 30 avqustda zəfərlə taclandığını xatırladıb. O, bu qələbənin strateji hazırlıq, siyasi taktika və müstəqillik ehtirası ilə əldə edildiyini, Türk millətinin birliyi və şəhidlərin qanı ilə möhkəmləndiyini bildirib.

    MHP lideri, “Dumlupınardakı qələbə Ankaranın siyasi dinamikasını bərqərar etdi və Türkiyə Cümhuriyyətinin damını qurdu. Bu dam yıxılmayacaq, çürüməyəcək,” – deyə əlavə edib. Bahçeali, Türk millətinin heç bir itkiyə və məhvə dözməyəcəyini, şəhidlərin ruhlarının və ataların xeyir-duasının Türkiyəni əbədi qoruyacağını vurğulayıb.

    O, 30 Avqust Zəfər Bayramını təbrik edərək, Qazi Mustafa Kamal Atatürk və Qurtuluş Döyüşünün şəhidlərini ehtiramla yad edib.

    #Türkiyə #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #30 Avqust - Zəfər Bayramı #Terrorla mübarizə #Türkiyənin terrorla mübarizədə son addımları #terrorsuz Türkiyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:43
    XƏBƏR LENTİ

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.