#Türkiyənin terrorla mübarizədə son addımları

Türkiyənin İstanbul şəhərində terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib. İstanbul Respublika Prokurorluğunun koordinasiyası ilə İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələri tərəfindən terror təşkilatı İŞİD-ə qarşı əməliyyat təşkil olunub. Əməliyyat zamanı sosial şəbəkələr vasitəsilə terror təşkilatının təbliğatını aparan şəxslərə qarşı tədbirlər görülüb

İstanbul Terrorla Mübarizə və Kəşfiyyat İdarəsinin əməkdaşları İŞİD terror qruplaşmasının fəaliyyətinin qarşısının alınması məqsədilə genişmiqyaslı əməliyyat keçirib. Əməliyyatın əsas hədəfində terror təşkilatı ilə əlaqəli fəaliyyət göstərən və sosial media platformaları vasitəsilə qruplaşmanın təbliğatını aparan şəxslər olub. Şəhərin müxtəlif ünvanlarında eyni vaxtda həyata keçirilən basqınlar nəticəsində 11 şübhəli şəxs gözaltına alınıb.

Türkiyənin 38 şəhərində son bir həftə ərzində aparılan əməliyyatlarda İŞİD terror təşkilatı ilə əlaqəsi olan və təşkilata maliyyə dəstəyi göstərdiyi müəyyən edilən 161 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında açıqlama yayaraq, əməliyyatların detallarını ictimaiyyətlə bölüşüb.

Türkiyəni terror bəlasından xilas edəcəyik. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada keçirilən 300 mininci Təbii Fəlakət Mənzili Püşkatma mərasimində çıxış edərkən səsləndirib. “Bizim gündəmimizdə yalnız ölkəni terror bəlasından əbədi olaraq xilas etmək var. Bu çərçivədə səbrlə və soyuqqanlılıqla çalışırıq. Məqsədimizə yaxınlaşdıqca hücumlar daha da artır. Bir tərəfdən əsassız xəbərlərlə şəhid və qazi ailələrimizi narahat etməyə cəhd edirlər. Muhtarlıqların bağlanması isə əsla gündəmdə deyil” – deyə, Ərdoğan bildirib.

Bahçeli yazılı açıqlamasında, “Türk milləti 103 il əvvəl qanı və canı ilə düşmənsiz Türkiyəyə nail oldu, indi də Allahın izni ilə terrorsuz Türkiyəyə çatacaq,” – deyə qeyd edib. O, daxili və xarici düşmənçiliklərin terrorsuz Türkiyə ilə təsirini itirəcəyini vurğulayıb. Bahçeli, avqust ayının Türk milləti üçün zəfər ayı olduğunu, 26 avqust 1922-ci ildə başlayan Böyük Hücumun 30 avqustda zəfərlə taclandığını xatırladıb. O, bu qələbənin strateji hazırlıq, siyasi taktika və müstəqillik ehtirası ilə əldə edildiyini, Türk millətinin birliyi və şəhidlərin qanı ilə möhkəmləndiyini bildirib.

Türkiyənin Ədirnə vilayətində ölkədən qaçmağa cəhd edən 4 FETÖ üzvü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbs edilib.Ədirnə İl Jandarma Komandanlığı qrupları tərəfindən aparılan əməliyyat nəticəsində FETÖ üzvləri olduğu müəyyən edilən S.S.Y., H.B., S.Y. və H.S.E. adlı şəxslər Uzunköprü rayonunun Balaban kəndində ölkədən qaçmağa hazırlaşarkən yaxalanıb. İstintaq prosesindən sonra şübhəlilər Uzunköprü Ədliyyəsinə sövq edilib və hakim qərarı ilə həbs olunub.

Ərdoğan terrordan azad Türkiyə hədəfinə qətiyyətlə irəlilədiklərini vurğulayıb. O, ölkənin heç bir tələ və hiyləyə uymayacağını, birlik və bərabərliyin qorunacağını qeyd edərək, bu yolda qərarlı addımlar atılacağını bildirib. Ərdoğan çıxışında, “Uğur birliyimizdən gəlir. Şəhidlərimizin mirası olan bu vətəni gələcək nəsillər üçün də qoruyub yaşatacağıq,” deyərək, Türkiyənin tarixdə “Türkiyə Əsri” kimi yer alacağına inamını ifadə edib. Prezident həmçinin terrorsuz Türkiyə hədəfinin son mərhələsinə çatdıqlarını və bu hədəfə nail olmaq üçün birliyin gücünün əhəmiyyətini vurğulayıb. “Biz parlaq bir Türkiyə quracağıq və heç kimin qurduğu tələlərə düşməyəcəyik,” - deyə əlavə edib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrordan Azad Türkiyə” prosesi ilə bağlı çıxış edib. Kurtulmuş TBMM Fəxri Salonunda keçirilən “Trabzona İstiqlal Medalının Təqdimetmə Mərasimi”ndə çıxış edib. O, “Prosesdə terror təşkilatı ilə heç bir danışıqlar aparılmayıb, olmayacaq da. Şəhidlərimizin ruhuna zərər verəcək heç bir addım atılmayıb, olmayacaq” - deyə qeyd edib.

Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan, Xalq Alyansının terrorla mübarizə prosesində atdığı addımlar barədə danışaraq, terrordan azad bir Türkiyənin qurulmasının “tarixi vəzifə” olduğunu bildirib. “Hər mövzuda həmfikir olmaq məcburiyyətində deyilik, amma terrordan azad bir Türkiyəni gerçəkləşdirməyə borcluyuq. Bu prosesə töhfə verən hər kəsin adı tarixə həkk olunacaq. Populist çıxışlarla prosesi pozanları isə nə xalq, nə də gələcək nəsillər bağışlayacaq”. - deyə ​Ərdoğan qeyd edib.