Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    THY Asiya və Amerikadan 15 milyon turist cəlb etməyi planlaşdırır

    28 Aprel 2025 10:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    THY Asiya və Amerikadan 15 milyon turist cəlb etməyi planlaşdırır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türk Hava Yolları (THY) Asiya və Amerikadan 15 milyon turist hədəfi qoyduğunu açıqlayıb

    AzerVoice xəbər verir ki, THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Ahmet Bolat, Yaponiyada keçirilən EXPO 2025 Osaka sərgisində jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin turizm hədəfləri ilə bağlı mühüm açıqlamalar verib.

    Bolat bildirib ki, 2023-cü ildə Asiya və Amerikanın 11 ölkəsindən Türkiyəyə 3,3 milyon turist gəlib və hədəfləri 2033-cü ilə qədər bu rəqəmi 15 milyon nəfərə çatdırmaqdır.

    Ahmet Bolat çıxışında qeyd edib ki, THY yüksək əlavə dəyər yaradan, mədəniyyət və qastronomiyaya maraq göstərən turistləri Türkiyəyə cəlb etməyə xüsusi önəm verir. Onun sözlərinə görə, bu kateqoriyaya aid olan turistlərin bir nəfərlik orta xərci təxminən 3 min dollar təşkil edir və bu, həm Türkiyə iqtisadiyyatı, həm də THY üçün ciddi gəlir mənbəyidir. Bu məqsədlə Asiya və Amerikada tanıtım işləri genişləndirilib və Anadolunun zəngin tarixi irsinin ön plana çıxarılması strategiyanın əsas istiqamətini təşkil edir.

    Bolat həmçinin bildirib ki, THY Yaponiya ilə Türkiyə arasında 550 min sərnişin daşımağı planlaşdırır və bu sərnişinlərin 200 mininin yapon turist olacağı gözlənilir. 2025-ci ildə isə bu sayın daha da artması hədəflənir. O əlavə edib ki, qlobal iqtisadi böhran və aviasiya sektorunda müşahidə olunan durğunluğa baxmayaraq, THY tanıtım və sərmayə fəaliyyətlərini davam etdirəcək.

    THY rəhbəri dünya aviasiya sektorunda sərnişin başına gəlirin azaldığını, amma rəqabətə baxmayaraq, keyfiyyətli xidmət təqdim etməkdən imtina etməyəcəklərini də vurğulayıb. Sərnişin başına qazancın 14 dollara qədər endiyini qeyd edən Bolat, sərmayələrin davamı üçün gəlirliliyin qorunmasının vacibliyini bildirib.

    EXPO 2025 Osaka sərgisi çərçivəsində THY və Türkiyənin milli pavilyonu böyük maraq doğurub. Sərgidə 30 milyon ziyarətçi gözlənilir və THY bu imkanı Asiya bazarında mövqeyini gücləndirmək üçün dəyərləndirir. Tədbir çərçivəsində 1890-cı ildə Kuşimoto sahillərində yapon xalqının türk əsgərlərini xilas etməsi və 1985-ci ildə İranda qalan yaponların Türk Hava Yolları tərəfindən təxliyə olunması hadisələrini əks etdirən “Kuşimoto” sənədli filmi də nümayiş etdirilib.

    Qeyd edək ki, THY 1989-cu ildən etibarən Yaponiyaya birbaşa uçuşlar həyata keçirir və hazırda İstanbuldan Tokio və Osakaya hər gün reyslər təşkil olunur. Gələcək illərdə Asiya və Amerika bazarlarından Türkiyəyə daha çox turist cəlb olunması üçün fəaliyyətlər davam etdiriləcək.

    #Türkiyə #Türk Hava Yolları (THY) #Yaponiya #Ahmet Bolat #Asiya #turizm #Amerika #2025 turizm mövsümü #THY beynəlxalq reyslər #EXPO 2025 #Türkiyə tanıtım fəaliyyətləri #Aviasiya sektoru #Türkiyə-Yaponiya tarixi əlaqələri #THY turizm hədəfi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib

    14 İyul 2026 17:39

    Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanını qəbul edib

    14 İyul 2026 13:01

    15 İyul dirənişinin dünya demokratiya tarixində bənzəri yoxdur - Prezident Ərdoğan

    14 İyul 2026 10:45

    FETÖ və bənzəri qruplaşmalara qarşı ayıq-sayıq olmalıyıq - Cevdet Yılmaz

    13 İyul 2026 15:22

    Haluk Levent barəsində saxlanılma qərarı verildi

    12 İyul 2026 17:04

    İyun ayında Türkiyədə 61 mindən çox qəza baş verib (ÖZƏL)

    12 İyul 2026 12:30

    Türkiyədə dron, GPS və PUA görüntü emalı proqramları üçün tender elan edilib

    12 İyul 2026 11:30
    XƏBƏR LENTİ

    Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.