#Amerika

NATO-nun Baş katibi Mark Rutte Alyansın gələcək vizyonu ilə bağlı verdiyi son açıqlamalarda müttəfiqlərin müdafiə potensialını artırmaq sürətindən məmnunluğunu ifadə edib, lakin mövcud addımların hələ də yetərli olmadığını vurğulayıb. Rutte, xüsusilə müdafiə xərclərinin Ümumi Daxili Məhsulun (ÜDM) 5 faizinə çatdırılması öhdəliyinə toxunaraq, bunun NATO-nun gələcəkdə ABŞ-dan həddindən artıq asılı bir qurum olmasının qarşısını alacağını bildirib.

ABŞ-ın Bağdaddakı səfirliyi İraqdakı Amerika vətəndaşlarına ölkəni dərhal tərk etmələri barədə növbəti dəfə təcili xəbərdarlıq edib. Səfirliyin "X" sosial platformasındakı rəsmi hesabında paylaşılan bəyanatda bildirilir ki, İranla əlaqəli "iraqlı terrorçu milis qrupları" yaxın 24-48 saat ərzində Bağdadın mərkəzində genişmiqyaslı hücumlar təşkil edə bilər. Diplomatik missiya qeyd edib ki, bu qruplaşmalar artıq İraq Kürd Regional Rəhbərliyi də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində ABŞ vətəndaşlarını və Amerikanın maraqlarını hədəf alan silsilə hücumlar həyata keçiriblər.

Fransa uşaqlarını qorumaq üçün radikal addım atdı. Parlamentdə sabaha qədər davam edən marafon iclasda millət vəkilləri sosial media platformalarının uşaqlar üçün yaratdığı təhlükələrə qarşı "dur" deyib. Fransa Parlamenti bazar ertəsi günü 15 yaşından kiçik uşaqların sosial media platformalarından istifadəsini qadağan edən qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüş üçün Vaşinqtona çatıb. Zelenski, ABŞ mərkəzli X platformasında yayımladığı açıqlamada Trampla görüşmək üçün Vaşinqtona gəldiyini və daha sonra Avropa liderlərinin də qatılacağı bir görüş keçiriləcəyini bildirib. "Hamımız bu müharibəni tez və etibarlı şəkildə sona çatdırmaq üçün güclü bir istək hiss edirik. Və sülh daimi olmalıdır. Bu, illər əvvəl Ukraynanın Krımdan və şərqimizin bir hissəsi – Donbas bölgəsinin bir parçasından əl çəkməyə məcbur qaldığı və (Rusiya Prezidenti Vladimir) Putinin bunu yeni hücumu üçün tramplin kimi istifadə etdiyi zamankı kimi olmamalıdır." - deyə Zelenski qeyd edib.