#Asiya

Azərbaycan ABŞ ilə tərəfdaşlığını Asiya və Avropa arasında nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi üçün əsas layihələrin irəliləməsində əsas amil kimi görür. Bunu Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsində bildirib. "Donald Trampın ikinci prezidentlik müddəti Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir fəsil açdı. Bu gün demək olar ki, bu münasibətlər keyfiyyət və miqyas baxımından zirvəyə çatıb", -o deyib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib. Tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.

Cənubi Qafqaz artıq keçmişin inersiyasından çıxaraq dərin transformasiya mərhələsinə qədəm qoyub. Onilliklər boyu davam edən nəqliyyat təcridi, münaqişələr və geosiyasi qarşıdurmalar dövrü sürətli tikinti və strateji planlaşdırma mərhələsi ilə əvəzlənib. Bir vaxtlar böyük güclərin toqquşma meydanı sayılan region indi Avrasiya logistikasında müstəqil oyunçuya çevrilir. Bu yeni memarlıqda həlledici rol Zəngəzur dəhlizinə məxsusdur - o, sadəcə nəqliyyat arteriyası deyil, qarşıdurmadan qarşılıqlı asılılığa keçidin simvoludur.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Asiya turu çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə görüşmək istəyərdi və bu məqsədlə səfərini uzatmağı istisna etmir. Tramp bu açıqlamanı Malayziyadan Yaponiyaya gedərkən prezident təyyarəsində jurnalistlərə verib. Onun turu Yaponiyada bazar ertəsi və çərşənbə axşamı, Cənubi Koreyada isə çərşənbə və cümə axşamı günlərini əhatə edir. O, bazar günü Malayziyaya səfər etmişdi.

Çin Xalq Azadlıq Ordusu illərdir quru qoşunlarının əsas dayağı olan ağır tank filolarından tədricən uzaqlaşaraq, müasir döyüş meydanlarının tələblərinə uyğun yüngül, çevik və yüksək sürətli əməliyyatlarına uyğun zirehli vasitələrə yönəlməyə başlayıb. 3 sentyabrda keçirilən hərbi parad bu dəyişimin ən aydın göstəricisi oldu. Ənənəvi ağır zirehli bölmələrin yerini orta çəkili tanklar və eyni platforma üzərində qurulmuş çoxməqsədli zirehli texnikalar aldı.