Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə uşaq sayı ilə Avropanı qabaqlayıb

    18 Aprel 2025 13:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə uşaq sayı ilə Avropanı qabaqlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyədə uşaq sayı 21,8 milyon nəfərlə ümumi əhalinin 25,5 faizini təşkil edir.

    AzerVoice xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü il üzrə uşaq əhalisinə dair rəsmi məlumatları açıqlayıb.

    Ünvan Əsaslı Əhali Qeydiyyatı Sisteminin nəticələrinə əsasən, ölkənin ümumi əhalisi 85 milyon 664 min 944 nəfər olub, bunun 21 milyon 817 min 61 nəfəri uşaqlardır.

    TÜİK-in məlumatında bildirilir ki, uşaq sayının 51,3 faizini oğlanlar, 48,7 faizini isə qızlar təşkil edir. Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi 0-17 yaş kateqoriyasına daxil edilən bu əhali qrupu, 1970-ci ildə ümumi əhalinin 48,5 faizini təşkil edirdisə, 2024-cü ildə bu göstərici 25,5 faizə enib.

    Əhalinin yaş strukturu üzrə proqnozlara əsasən, uşaq əhalisinin payının yaxın onilliklərdə daha da azalacağı gözlənilir. 2030-cu ildə bu göstəricinin 22,1 faiz, 2040-da 17,9 faiz, 2080-ci ildə isə cəmi 15,2 faiz olacağı proqnozlaşdırılır.

    Avropa Birliyinin 2024-cü il göstəricilərinə əsasən, ortalama uşaq əhalisi 17,8 faiz olub. Bu baxımdan Türkiyə 25,5 faizlə AB ölkələrinin ortalamasından xeyli yuxarıda yerləşir.

    Ən yüksək uşaq əhalisi olan AB ölkəsi 23 faizlə İrlandiya, ardından 20,8 faizlə Fransa və 20,6 faizlə İsveç gəlir. Ən aşağı göstəricilər isə Malta (14,7%), İtaliya (15,1%) və Portuqaliyada (15,7%) qeydə alınıb.

    Qeyd edək ki, Türkiyədə uşaq əhalisinin payındakı azalma demoqrafik dəyişikliklər və doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilir. Mütəxəssislər bu tendensiyanın ölkənin sosial və iqtisadi gələcəyinə təsir edəcəyini bildirirlər.

    #Türkiyə #BMT #Avropa Birliyi #Türkiyə Statistika Təşkilatı (TÜİK) #Türkiyə uşaq əhalisi statistikası #Türkiyədə uşaq sayının artması #Uşaq əhalisi və ümumi əhali nisbəti #Türkiyədə doğum və ailə siyasəti #2030-cu ildə uşaq əhalisi nisbəti #Türkiyə əhalisinin yaş strukturu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    23 İyul 2026 21:00

    Böyük Britaniyada 70-dən çox deputat Baş naziri Qəzza ilə bağlı tədbirlər görməyə çağırıb

    23 İyul 2026 20:01

    İran Böyük Britaniyaya sərt etiraz edib

    23 İyul 2026 19:30

    Türk pilotlar Eurofighter təlimləri üçün avqustda Böyük Britaniyaya gedir

    23 İyul 2026 14:50

    Səudiyyəli investorların Türkiyəyə yatırımı 311 milyon lirəni keçib – ÖZƏL

    23 İyul 2026 13:00

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    22 İyul 2026 16:54

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    22 İyul 2026 13:30

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    22 İyul 2026 10:36

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    21 İyul 2026 12:00
    XƏBƏR LENTİ

    Türkiyənin Somali siyasəti - təhlükəsizlik, enerji və texnologiya strategiyası

    Universitet seçiminin əsas sualı - Marağınız, bacarığınız və qabiliyyətiniz seçdiyiniz ixtisasa uyğun gəlirmi?

    Tarixdə bu gün - 24 İyul

    Süni intellekt infrastrukturu ilə bağlı ictimai narahatlıqlar nəzərə alınır - Blackstone rəhbəri

    Küveyt ordusu sərhədlərin qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb

    Kanada bazarlarında iqtisadi nikbinlik güclənir

    ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır

    Almaniyada hökumətdə kadr dəyişiklikləri gözlənilir

    Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib

    ABŞ Konqresində Trampın İran siyasəti ilə bağlı fikir ayrılığı yaranıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.