Abdullah Əl-Oşayvan 2024-cü ildə “Imagination Saudi Arabia” şirkətinin baş meneceri təyin edilib. O, şirkətin Krallıqdakı fəaliyyətinə nəzarət etmək və böyüməsini təmin etmək, həmçinin “Imagination”ın fəaliyyət dairəsini Səudiyyə Ərəbistanının “Vizyon 2030” hədəflərinə uyğun olaraq genişləndirmək kimi kritik bir vəzifəni öhdəsinə götürüb.
#2030-cu ildə uşaq əhalisi nisbəti
Səudiyyə Ərəbistanının Hərameyn İşləri üzrə İdarə Heyəti (General Presidency for the Affairs of the Two Holy Mosques) açıqlayıb ki, 2025-ci il 23 sentyabr - 22 oktyabr tarixləri arasında Məscidül-Həram (Məkkə) və Məscidün-Nəbəvi (Mədinə) ümumilikdə 54 milyon 500 min ziyarətçini qəbul edib.
Türkiyənin əhalisi iyulun 1-nə 85 milyon 824 min 854 nəfərə çatıb. Əhalinin 50,01 faizini kişilər, 49,99 faizini isə qadınlar təşkil edir.Türkiyə Statistika Təşkilatı (TÜİK) hər rüb üçün hazırladığı ilk rüblük əhali statistikasını açıqlayıb. Müvafiq olaraq, 2024-cü ilin sonunda 85 milyon 664 min 944 nəfər olan ölkə əhalisi bu ilin ilk altı ayında 159 min 910 nəfər artıb. Beləliklə, ölkə əhalisinin sayı iyulun 1-nə 85 824 854 nəfərə çatıb. Kişi əhali 50,01 faiz (42 923 584 nəfər), qadınlar isə 49,99 faiz (42 901 270 nəfər) qeydə alınıb.
Trampın Ər-Riyada səfərində onu bir sıra aparıcı maliyyə və texnologiya şirkətlərinin rəhbərləri müşayiət edəcək.