Bakı. AzerVoice:
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Boğaziçi Mədəniyyət və İncəsənət Fondunun təşkilatçılığı ilə 77-ci Kann Film Festivalında türk filmi nümayiş olunur.
AzerVoice xəbər verir ki, bu barədə Boğaziçi Mədəniyyət və İncəsənət Fondu açıqlama verib.
Açıqlamada qeyd edilib ki, festivalda Türkiyənin mədəni irsini dünyaya tanıtmaq və türk kinosunun marka dəyərini vurğulamaq üçün Türkiyə stendi yaradılıb.
“ Kann Film Festivalında keçiriləcək bu addımla türk kinosunun qlobal arenada varlığını gücləndirməyi hədəfləyirik.” – deyə fondunun idarə heyətinin sədri Ogün Şanlıer deyib.
Məlumat üçün qeyd edək ki, festivalda Türkiyənin kino sənayesi və film istehsalı haqqında məlumat vermək üçün xüsusi tədbir də keçiriləcək.
Hafiz Rufizoğlu