İran əsilli fransız yazıçı və kinorejissor, məşhur “Persepolis” qrafik romanı və eyniadlı filmin müəllifi Marjane Satrapi 56 yaşında vəfat edib. Məlumata görə, Satrapinin ölüm xəbərini onun yaxın çevrəsindən olan şəxs AFP agentliyinə təsdiqləyib. Bildirilib ki, yazıçı həyat yoldaşı, isveçli prodüser, aktyor və ssenarist Mattias Ripanın ölümündən bir qədər artıq müddət sonra dünyasını dəyişib.