Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Ərdoğan dünya sülhü üçün çağırış edəcək

    7 Aprel 2025 09:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərdoğan dünya sülhü üçün çağırış edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Antalya Diplomatiya Forumunun açılışında qlobal sülh və beynəlxalq islahatlarla bağlı mühüm mesajlar verəcəyi gözlənilir.

    AzerVoice xəbər verir ki, Ərdoğanın himayəsi və Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə 11-13 aprel tarixlərində Antalya şəhərində dördüncü dəfə keçiriləcək Diplomatiya Forumu dünyanın diqqət mərkəzindədir.

    “Bölünmüş Dünyada Diplomatiyanı Qucaqlamaq” mövzusuna həsr olunan builki forumda qlobal qeyri-sabitlik, çoxqütblülük və beynəlxalq sistemin qarşılaşdığı çağırışlar müzakirə ediləcək. Forumun rəsmi açılışı aprelin 12-də günortadan sonra baş tutacaq. Xarici işlər naziri Hakan Fidanın açılış nitqindən sonra Prezident Ərdoğanın çıxış edərək, BMT-nin islahatı, dünya sülhü, Yaxın Şərqdəki son vəziyyət və İsrailin hücumları ilə bağlı mövqeyini açıqlayacağı gözlənilir.

    Üç gün davam edəcək forumda çoxsaylı panellər, lider müzakirələri və gənclər üçün xüsusi proqramlar keçiriləcək. Bu mötəbər tədbirdə 18 ölkənin dövlət və hökumət başçıları, 52 xarici işlər naziri və ümumilikdə 5 minə yaxın iştirakçı yer alacaq. Forum çərçivəsində bir sıra ikitərəfli görüşlər və diplomatik təmaslar da planlaşdırılıb.

    Qeyd edək ki, Antalya Diplomatiya Forumu bu il də beynəlxalq diplomatiyanın ən mühüm platformalarından biri kimi çıxış edəcək. Forumun iştirakçıları arasında Misir, İran, İraq və İordaniyanın xarici işlər nazirləri, Avropa Şurasının baş katibləri, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kerim Han və Prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan da yer alacaq. Tədbiri 100 min insanın onlayn izləyəcəyi gözlənilir.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #BMT #Hakan Fidan #Antalya Diplomatiya Forumu #Yaxın Şərq #Qlobal sülh #İkitərəfli görüşlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    21 İyul 2026 22:30

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    21 İyul 2026 20:16

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10
    XƏBƏR LENTİ

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.