Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara hökumətinin İran və ABŞ arasında ortaq mövqeyin formalaşması üçün çalışdığını bildirib. O qeyd edib ki, Türkiyə bu istiqamətdə əlindən gələn bütün addımları atır. Ərdoğanın sözlərinə görə, bu səylər qlobal sülhün möhkəmləndirilməsinə xidmət edir. Türkiyə Prezidenti tərəflər arasında anlaşmanın əldə olunmasının regional sabitlik baxımından vacib olduğunu vurğulayıb. O, bütün tərəfdaşların bu məqsəd naminə birgə fəaliyyət göstərdiyini deyib. Ankara İran və ABŞ arasında gərginliyin diplomatik yollarla azaldılmasını dəstəkləyir. Ərdoğanın açıqlaması Türkiyənin beynəlxalq vasitəçilik rolunu bir daha gündəmə gətirib.