Antalya Diplomatiya Forumu ilə bağlı AzerVoice (VOA) Analitik Təhlil Mərkəzi tərəfindən hazırlanmış “Qlobal xaosda Türk kompası” başlıqlı analiz Türkiyənin aparıcı media platformalarında yayımlanıb. Məlumata görə, materialda forumun qlobal qeyri-müəyyənliklər fonunda dialoqu qoruyan mühüm platforma olduğu vurğulanıb. Türkiyənin çoxşaxəli diplomatiya strategiyası çərçivəsində ADF-nin beynəlxalq sistemdə parçalanmanı idarə edə bilən nadir mexanizmlərdən biri kimi təqdim edildiyi qeyd olunub.
#Antalya Diplomatiya Forumu
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan regional böhranların həllinin yalnız region ölkələrinin özləri tərəfindən həyata keçirilə biləcəyini vurğulayaraq, sabitlik və inkişafın təmin olunması üçün birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb. Nazirlər ortaq tarixi, mədəni və qardaşlıq əlaqələrinə əsaslanan strateji tərəfdaşlığın davamlı şəkildə genişləndiyini təsdiqləyiblər. Nazirlər vurğulayıblar ki, bütün səviyyələrdə aktiv siyasi dialoq ticarət, iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar yardım sahələrində əməkdaşlığın genişləndirilməsində əsas amil olaraq qalır.
Antalya Diplomatiya Forumunun (ADF) beşincisi 17-19 aprel tarixlərində keçirilir. Builki forumun mövzusu " Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə" olaraq müəyyən edilib. Forum qeyri-müəyyənliyin beynəlxalq siyasətin daimi və struktur hissəsinə çevrildiyi kritik bir dövrdə reallaşır. Bir zamanlar ittifaqları, təhlükəsizliyi və əməkdaşlığı müəyyən edən qaydaların getdikcə aşındığı, lakin hələlik net bir alternativ düzənin qurula bilmədiyi bir prosesdən keçirik.
Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Əhməd Attaf ilə görüşüb.
Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı panel iclas təşkil olunub. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Ceyhun Bayramov Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivye Jan Patrik Nduhungirehe ilə görüşüb.
Ceyhun Bayramov Şaya Mohsin Zindani ilə görüşüb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan regionda müharibələrin davam etməsinin qəbuledilməz olduğunu bildirib. Hakan Fidan böhranların zəif təmsilçilik strukturları ilə idarə olunmasının mümkün olmadığını vurğulayıb. O, beynəlxalq münasibətlərdə tətbiq olunan ikili standartların qlobal vicdana zərbə vurduğunu qeyd edib.
Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən nazirlər panelində enerji təhlükəsizliyinin ölkələrin ümumi təhlükəsizliyinin əsas elementi olaraq qaldığını bildirib.
Azərbaycan Transxəzər əlaqəliliyini və regional nəqliyyat dəhlizlərini inkişaf etdirir.
Regional problemlər region ölkələri tərəfindən müstəqil şəkildə həll olunmalıdır.