Bakı, AzerVoice
Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Numan Kurtulmuş, Şimali Makedoniyanın sabiq prezidenti Gjorqi İvanov ilə görüşüb.
AzerVoice xəbər verir ki, bu haqda TBMM-nin X sosial media şəbəkəsində fotoşəkil paylaşılıb.
Qeyd edək ki, Şimali Makedoniya və Türkiyə arasında münasibətlər uzun illərdir dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub. Türkiyə, Şimali Makedoniyanın müstəqilliyini 1991-ci ildə tanıyan ilk ölkələrdən biridir və bu münasibətlər siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə geniş əməkdaşlıqla davam edir. İki ölkə arasında ticarət dövriyyəsinin daha da artırılması üçün addımlar atılır.