#İkitərəfli əlaqələr

Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğu və iki ölkənin regional strateji tərəfdaşlığı dərinləşdirdiyi bildirilib. Əl-Harbi Türkiyənin etibarlı müttəfiq olduğunu vurğulayaraq, Türk şirkətlərinin Səudiyyə Ərəbistanında irimiqyaslı layihələr həyata keçirdiyini, xüsusilə müdafiə sənayesi sahəsində "Baykar" şirkəti ilə mühüm tərəfdaşlığın qurulduğunu diqqətə çatdırıb. O, həmçinin Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının regional müstəvidə güclərini birləşdirərək strateji tarazlıq formalaşdırdıqlarını qeyd edib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon vasitəsilə danışıb. Görüş zamanı Prezident Ərdoğan Türkiyə ilə Yaponiya arasında başda müdafiə sənayesi, investisiya və ticarət sahələri olmaqla, bütün istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylərin aramsız davam etdiriləcəyini vurğulayıb.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ilə görüşüb. Görüşdə Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. Tərəflər mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Nazir iki ölkə liderləri arasında mövcud dostluq və etimadın münasibətlərin əsasını təşkil etdiyini bildirib. Pakistan tərəfi də mədəni əlaqələrin inkişafında maraqlı olduğunu ifadə edib. Görüşdə müxtəlif mədəni layihələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib. Ali qonağı Füzuli Beynəlxalq Hava Limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qarşılayıb. Hava limanında hər iki ölkənin dövlət bayraqları dalğalanıb. Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Səfər zamanı Azərbaycan-Slovakiya münasibətlərinin inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir. Tərəflərin siyasi və iqtisadi əməkdaşlıq məsələlərinə diqqət ayıracağı bildirilir. Səfər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin "X" hesabında bununla bağlı paylaşım edilib. "Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə edildi. Həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı".

İspaniyanın aerokosmik şirkəti Airtificial ilə Türk Aviasiya və Kosmos Sənayesi arasında “Hürjet” təlim təyyarəsi üçün uçuş idarəetmə sistemlərinin istehsalına dair 16 milyon avrodan artıq dəyərdə müqavilə imzalanıb. Çatdırılmaların növbəti beş il ərzində mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Şirkət daha əvvəl də bu proqram çərçivəsində məhdud həcmli layihələrdə iştirak etdiyini və yeni müqavilə ilə ilk tədarüklərə başladığını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmaer ilə telefon görüşməsi keçirib. Kommunikasiya idarəsindən verilən məlumata görə danışıq zamanı Türkiyə Almaniya ikitərəfli münasibətləri ilə yanaşı regional və qlobal proseslər ətraflı şəkildə müzakirə edilib. Prezident Ərdoğan görüşdə Türkiyə ilə Almaniya arasındakı əlaqələrin son dövrlərdə həyata keçirilən yüksək səviyyəli təmaslar sayəsində yaxşı bir sürət qazandığını ifadə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO rəhbərliyi ilə yüksək səviyyəli görüş keçirib. Məlumata görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.