Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə BYD avtomobil şirkətinə investisiyası ilə bağlı xəbərdarlıq edib

    14 Mart 2026 20:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə BYD avtomobil şirkətinə investisiyası ilə bağlı xəbərdarlıq edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Türkiyədə Çin şirkətinin planlaşdırdığı avtomobil zavodu layihəsində gecikmə hökumətin diqqətini çəkib.

    VOA xəbər verir ki, Türkiyədə Manisa vilayətində elektrik avtomobilləri istehsalı üçün nəzərdə tutulan zavod layihəsində gecikmə parlamentdə müzakirə mövzusu olub.

    Türkiyənin sənaye və texnologiya naziri Fatih Kacır bildirib ki, layihə dövlətin investisiya təşviqi mexanizmləri çərçivəsində diqqətlə izlənilir. Onun sözlərinə görə, investor şirkət müəyyən edilmiş şərtləri yerinə yetirmədiyi halda qanunvericiliyə uyğun tədbirlər görülə bilər.

    Nazir qeyd edib ki, avtomobil sənayesi Türkiyə iqtisadiyyatının aparıcı sahələrindən biridir. Geniş sənaye infrastrukturu, böyük ixrac həcmi və yüksək məşğulluq potensialı ilə bu sektor ölkə üçün strateji əhəmiyyət daşıyır.

    Fatih Kacır vurğulayıb ki, Türkiyənin məqsədi həm daxiliyanma mühərrikli avtomobillər, həm də elektrik avtomobilləri sahəsində dünyanın əsas istehsal mərkəzlərindən birinə çevrilməkdir.

    Nazirin sözlərinə görə, Çin şirkətinin Türkiyədə investisiya qərarı hökumətin uzunmüddətli sənaye strategiyasının nəticəsi hesab olunur. O bildirib ki, layihə dövlət dəstəyi ilə həyata keçirilsə də, bütün investisiyalar müəyyən edilmiş şərtlər və vaxt qrafiki çərçivəsində icra olunmalıdır.

    Məlumata görə, 2024-cü ildə Çin avtomobil istehsalçısı BYD ilə Türkiyə Sənaye və Texnologiya Nazirliyi arasında Manisada avtomobil zavodunun tikintisinə dair təxminən 1 milyard dollarlıq investisiya sazişi imzalanıb.

    Planlara əsasən, illik 150 min avtomobil istehsal gücünə malik olacaq müəssisənin 2026-cı ilin sonuna qədər fəaliyyətə başlaması və təxminən 5 min nəfər üçün iş yeri yaratması nəzərdə tutulur.

    Bununla yanaşı, layihə üzrə nəzərdə tutulan müddət ərzində tikinti işlərinə başlanılmaması rəsmi qurumların diqqətini cəlb edib. Rəsmilər bildirirlər ki, investisiya öhdəlikləri yerinə yetirilmədiyi halda qanunvericilikdə nəzərdə tutulan sanksiyalar tətbiq edilə bilər.

    #Türkiyə Çin şirkətinin avtomobil zavodu layihəsi ilə bağlı xəbərdarlıq edib #Manisada planlaşdırılan BYD zavodu parlamentin gündəminə gəlib #Türkiyə hökuməti investor şirkətə sanksiya tətbiq edə bilər #Elektrik avtomobil zavodu layihəsində gecikmə müzakirə olunur #Türkiyə avtomobil sənayesində yeni investisiyaya nəzarəti gücləndirir #Çin avtomobil istehsalçısının Türkiyədəki layihəsi sual altındadır
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və Rumıniya əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    20 İyun 2026 19:01

    Türkiyə tarixində ilk: NATO və Avropa İttifaqı üzvünə hərbi gəmi ixrac edildi

    20 İyun 2026 16:29

    Qahirədə mühüm diplomatik görüş: Hakan Fidan dördtərəfli formatın gələcəyinə dair mesajlar verəcək

    20 İyun 2026 15:45

    Türkiyə ilə Çin arasında ticarət dövriyyəsi 50 milyard dolları ötüb

    20 İyun 2026 15:35

    Pakistan və Türkiyə XİN rəhbərləri regionda “uzunmüddətli sülh” arzulayıb

    18 İyun 2026 18:19

    Türkiyə Pakistanın ABŞ və İran arasındakı vasitəçiliyini alqışlayıb

    18 İyun 2026 16:40

    Ankara regional sülhün təmin edilməsində həlledici addımları dəstəkləyir - Türkiyə MN

    18 İyun 2026 13:35

    MİT İŞİD-in sözdə Türkiyə media məsulunu zərərsizləşdirdi

    17 İyun 2026 12:30

    Belçika və Türkiyə müdafiə şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb

    16 İyun 2026 21:57

    Hakan Fidan: ABŞ–İran razılaşması daimi təhlükəsizlik arxitekturasına çevrilə bilər

    16 İyun 2026 18:10

    May ayında Türkiyənin sement məhsulları ixracı 12,2 faiz azalıb (ÖZƏL)

    16 İyun 2026 17:20

    May ayında Türkiyənin elektrik məhsulları ixracı azalıb (ÖZƏL)

    16 İyun 2026 16:20
    XƏBƏR LENTİ

    Tarixin ən böyük hücumlarından biri: Almaniya SSRİ-yə qarşı “Barbarossa” əməliyyatını necə başladı?

    Şura surəsi nədən bəhs edir?

    Hörmüz boğazından Livana qədər: Vaşinqton-Tehran memorandumunun iqtisadi və hərbi fəsadları

    Tarixdə bu gün - 22 İyun

    Casio brendi nəbzölçən və günəş enerjili yeni G-Shock G-Lide GBX-H5600 saatlarını təqdim edib

    HONOR MagicBook X16 2026 noutbukunun icmalı: Tanış korpusda yeni daxili güc

    İran Trampın təhdidlərinə cavab verdi: “Silahlı qüvvələrimiz istənilən cavabı verməyə hazırdır”

    Fidelin inqilabını yaşadan dövlətin baş memarı - Raul Kastro

    Aldatıldığını düşünən müştəri BMW-dən pulunu aldı

    Trampdan İrana sərt xəbərdarlıq: Hörmüz boğazı bağlanarsa, “ölkəniz belə qalmayacaq”

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.