Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə müharibənin tərəfi deyil və münaqişəyə çəkilməmək üçün ehtiyatlıdır

    13 Mart 2026 16:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə müharibənin tərəfi deyil və münaqişəyə çəkilməmək üçün ehtiyatlıdır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Türkiyə təhlükəsizlik mənbələri İrandan atılan ballistik raketlərin NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsindən sonra Ankaranın rəsmi mövqeyinə dair mühüm açıqlamalar verib.

    VOA xəbər verir ki, mənbələr vurğulayıb ki, Türkiyə hazırda davam edən regional müharibənin tərəfi deyil və münaqişənin içinə çəkilməmək üçün son dərəcə ehtiyatlı və soyuqqanlı siyasət yürüdür. Bölgədə yeni gərginlik xətlərinin yaranmaması üçün məsuliyyətlə hərəkət edən Ankara İran tərəfinə sözügedən hücuma görə məsuliyyət daşıyanların dərhal müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi barədə çox net mesajlar çatdırıb.

    Təhlükəsizlik qaynakları qeyd edib ki, İraq, BƏƏ, Səudiyyə Ərəbistanı və Livan kimi ölkələrdən fərqli olaraq, Türkiyəyə yönələn raketlərin sayı azdır və onların hərəkət trayektoriyası fərqli bir "patern" (nümunə) təşkil edir. Hücumlar nəticəsində hər hansı can və mal itkisi baş verməyib, bütün raketlər müdafiə sistemləri tərəfindən havada məhv edilib. Bununla belə, Türkiyənin bu ehtiyatlı mövqeyinin "sonsuz tolerantlıq" kimi başa düşülməməsi lazım olduğu bildirilib. Rəsmi dairələr Türkiyənin milli təhlükəsizliyini qorumaq üçün kifayət qədər çəkindirici gücə malik olduğunu və lazım gəldikdə özünün müəyyən etdiyi üsullarla sanksiya xarakterli cavab tədbirləri görməkdən çəkinməyəcəyini bəyan ediblər.

    Ankara regional sabitliyin qorunması üçün diplomatiya kanallarını da aktiv şəkildə işlətməyə davam edir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən intensiv lider diplomatiyası gərginliyin daha geniş coğrafiyaya yayılmasının qarşısını almaqda həlledici rol oynayır. Eyni zamanda, daxili auditoriyada və sosial mediada regional gərginliyin "məzhəbçilik tələsinə" çevrilməməsi üçün xəbərdarlıq edilib. Təhlükəsizlik mənbələri vurğulayıb ki, məzhəb əsaslı müzakirələr Türkiyənin daxili hüzuruna və regional nüfuzuna zərər verə bilər, ona görə də ictimaiyyətdə birləşdirici dildən istifadə edilməsi və dezinformasiyalara qarşı ayıq-sayıq olunması strateji əhəmiyyət kəsb edir.

    #Türkiyə #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail və İran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    22 İyul 2026 16:54

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56
    XƏBƏR LENTİ

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    Türkiyədə Rusiya kapitallı yeni şirkətlərin sayı artıb – ÖZƏL

    Qazaxıstanda ilk dəfə aerotaksi sınaqdan keçirilir

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

    Heç bir faktor İran-İraq bağlarını poza bilməz - Pezeşkian

    İsrail ordusu Qəzzada 12 futbolçunu öldürüb

    ABŞ Nümayəndələr Palatası 95 milyard dollarlıq paketi təsdiqləyib

    Rubio və Lavrov Manilada görüşüb

    ASEAN Təhlükəsizlik Forumunda ABŞ, Avropa, Rusiya və Çin nümayəndələri arasında görüş olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.