Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyənin "TOLGA" yaxın hava müdafiə sistemi dron hücumlarına qarşı "polad bulud" yaradır

    13 Mart 2026 12:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin "TOLGA" yaxın hava müdafiə sistemi dron hücumlarına qarşı "polad bulud" yaradır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) şirkəti tərəfindən hazırlanan "TOLGA" yaxın hava müdafiə sistemi qlobal silah bazarında asimmetrik təhdidlərə qarşı ən effektiv həll yollarından biri kimi ön plana çıxıb.

    VOA xəbər verir ki,MKE baş direktoru İlhami Keleşin bildirdiyinə görə, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra dronların ucuz və geniş yayılmış hərbi vasitəyə çevrilməsi yaxın hava müdafiəsi ehtiyacını artırıb. "TOLGA" bu boşluğu doldurmaq üçün Türkiyənin "Polad Qübbə" (Çelik Kubbe) hava hücumundan müdafiə layihəsinin alt seqmentini, yəni çox alçaq hündürlükdəki təhdidləri zərərsizləşdirmək üçün dizayn edilib.

    Sistem həm "soft-kill" (elektron maneə), həm də "hard-kill" (fiziki məhv etmə) kabiliyyətlərinə malikdir. "TOLGA" üzərindəki AESA radarı vasitəsilə hədəfi 10 kilometr məsafədən təsbit edir və 4 kilometrdən etibarən atəş gücü ilə müdaxilə etməyə başlayır. Keleş qeyd edib ki, sistemin ən böyük üstünlüyü 12.7 mm-dən 35 mm-ə qədər müxtəlif çaplı silahlardan "polad bulud" yaradan mühimmata sahib olmasıdır. Bu mühimmatlar hədəfin qarşısında dağılaraq sıx metal parçacıqlarından ibarət bulud əmələ gətirir və xüsusilə sürətlə hərəkət edən kamikadze dronları saniyələr ərzində sıradan çıxarır.

    MKE-nin "Effektiv, Sadə, Ucuz" (EBU) siyasətinə uyğun olaraq hazırlanan "TOLGA" həmçinin süni intellekt dəstəkli otonom nişanalma sisteminə malikdir. Bu texnologiya dronların mümkün manevrlərini öncədən proqnozlaşdıraraq daha az mühimmatla dəqiq vuruş imkanı yaradır. İlhami Keleş yaxın gələcəkdə sistemə lazer və mikrodalğalı silahların da inteqrasiya olunacağını açıqlayıb. Artıq Misir, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrlə ixrac müqavilələri imzalayan "TOLGA"nın Türkiyə Silahlı Qüvvələrinin həm quru, həm də dəniz platformalarında aktiv istifadə edilməsi planlaşdırılır.

    #müdafiə sənayesi məhsulları #müdafiə sənayesi #Çelik Kubbe #Müdafiə sənayesi əməkdaşlığı #Müdafiə sənayesi ixracı #MKE #TOLGA #AESA radar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ raket əleyhinə sistemlərin istehsalını artırmaq üçün yeni saziş imzalayıb

    3 Avqust 2026 19:24

    Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

    27 İyul 2026 21:59

    ABŞ-nin böyük həcmdə sursat ehtiyatı var - Tramp

    27 İyul 2026 21:38

    Almaniya İsrailə rekord həcmdə silah ixracını təsdiqləyib

    27 İyul 2026 19:17

    Süni intellekt şirkətləri qlobal müdafiə strategiyalarını necə dəyişir?

    27 İyul 2026 18:05

    Azərbaycan və Almaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəklər

    21 İyul 2026 18:18

    Böyük dövlətlər müttəfiqlərinə zəiflədilmiş silah satır? Rusiya və Çin nümunəsi ilə hərbi ixrac strategiyasına baxış

    17 İyul 2026 11:00

    İran müharibə dövründə pilotsuz uçuş aparatlarının istehsalını üç dəfə artırdığını açıqlayıb

    11 İyul 2026 20:46

    NATO-nun Avropa üzvləri və Kanada müdafiəyə ÜDM-in 2,53 faizini xərcləyəcək

    7 İyul 2026 19:58

    Cənubi Koreya NATO ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək istəyir

    7 İyul 2026 19:55

    NATO Zirvə Toplantısı F-35 məsələsində dönüş nöqtəsi olacaqmı?

    7 İyul 2026 18:51

    NATO-da yeni dövr başlayır, Türkiyə ilk 10 müdafiə ixracatçısı sırasına daxil olmağı hədəfləyir

    7 İyul 2026 16:13
    XƏBƏR LENTİ

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

    Qəzzada ölənlərin sayı artıb

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    Bişkekdə Prezident İlham Əliyevin Məsud Pezeşkianla görüşü olub

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.