Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə və Pakistan XİN rəhbərləri İslamadadda regional gərginliyi müzakirə ediblər

    29 Mart 2026 12:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə və Pakistan XİN rəhbərləri İslamadadda regional gərginliyi müzakirə ediblər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Türkiyənin xarici işlər naziri Hakan Fidan 29 mart 2026-cı il tarixində İslamadabda pakistanlı həmkarı, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

    VOA xəbər verir ki, görüş Pakistanın ev sahibliyi etdiyi və regional deeskalasiyaya həsr olunmuş mühüm dördtərəfli nazirlər toplantısı çərçivəsində baş tutub.

    Danışıqlar zamanı tərəflər Türkiyə və Pakistan arasındakı strateji münasibətlərin gücləndirilməsi, eləcə də Yaxın Şərqdə, xüsusən ABŞ-İsrail-İran münaqişəsi fonunda yaranmış gərginliyin azaldılması yollarını müzakirə ediblər. Hər iki nazir regionda sülh və sabitliyin bərpası üçün dialoq, diplomatiya və koordinasiyalı fəaliyyətin yeganə çıxış yolu olduğunu vurğulayıblar. Məlumata görə, toplantıda Türkiyə və Pakistanla yanaşı, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri də iştirak edir.

    Hakan Fidanın Pakistan səfəri martın 30-na qədər davam edəcək. Səfər çərçivəsində Türkiyə XİN rəhbərinin Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən qəbul edilməsi və regional təhlükəsizlik məsələləri üzrə genişmiqyaslı məsləhətləşmələrin aparılması planlaşdırılır. Qeyd olunub ki, əvvəlcə Türkiyədə keçirilməsi nəzərdə tutulan bu dördtərəfli görüş, Pakistanın ABŞ və İran arasında vasitəçilik səylərində artan rolu səbəbindən İslamadaba keçirilib.

    #Pakistan #Hakan Fidan İslamadabda: Türkiyə və Pakistan regional sülhü müzakirə edir #Dördtərəfli sammit: Türkiyə #Səudiyyə Ərəbistanı və Misir bir araya gəldi #İshaq Dar və Hakan Fidan arasında kritik görüş: İran müharibəsi gündəmdədir #Türkiyə XİN rəhbəri Pakistanda regional gərginliyin azaldılması üçün danışıqlar aparır #İslamadabda diplomatik marafon: ABŞ-İran gərginliyində vasitəçilik səyləri #Hakan Fidanın Pakistan səfəri 2026: Regional təhlükəsizlik prioritetdir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    2 İyun 2026 22:48

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    1 İyun 2026 21:41

    Pakistan Xarici İşlər Nazirliyi: İran gərginliyin azaldılmasına yardım istəyib

    1 İyun 2026 21:30

    İran XİN rəhbəri ABŞ‑İran danışıqlarını əsaslı şəkildə Türkiyə ilə müzakirə edib

    1 İyun 2026 20:53

    ABŞ və İran arasında razılaşmaya mane olan əsas problem nədir?

    30 May 2026 19:44

    Hakan Fidanın təklif etdiyi platformada hansı ölkələr yer alacaq?

    30 May 2026 19:17

    Vaşinqton niyə Pakistanı strateji tərəfdaş kimi önə çıxarır?

    30 May 2026 18:52

    Vaşinqtonda qapalı qapılar arxasında nələr müzakirə edildi?

    29 May 2026 22:41

    Donald Tramp: “İbrahim Razılaşmalarına qoşulmaq niyə dərhal vacibdir?”

    25 May 2026 20:19

    Donald Tramp: “İbrahim Razılaşmalarına qoşulmaq minimum şərtdir”

    25 May 2026 20:14

    Şahbaz Şərif Çin prezidenti ilə görüşüb

    25 May 2026 13:37

    Pakistanın ordu başçısı Çinə səfər edib

    25 May 2026 11:04
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 6 İyun

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    Hörmüz boğazının gələcəyi hansı yeni şərtlərlə müəyyən ediləcək?

    Fransız vətəndaşlarının gəmidəki vəziyyəti araşdırılır

    İranın Ali Rəhbərinin məsləhətçisi: Tramp danışıqlar problemini aradan qaldırmalıdır

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    BMT-nin ümumdünya qida proqramı: Enerji qiymətlərinin artımı qida çatışmazlığını dərinləşdirir

    İranın Ali Rəhbəri 2,000-dən çox məhbusu əfv edib

    ABŞ bildirir ki, İran limanlarının blokadası zamanı 129 gəmi istiqamətini dəyişib

    Livan Prezidenti Səudiyyə Ərəbistanın vəzir-əmirinə dəstəyi üçün təşəkkür edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.