Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edərək 28 fevraldan bəri davam edən münaqişə fonunda əldə olunan atəşkəsdən məmnunluğunu ifadə edib. Ərdoğan atəşkəsin sahədə tam və düzgün şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayaraq, mümkün təxribat və sabotaj cəhdlərinə imkan verilməməsinin önəmini qeyd edib.
Türk Dövlətləri
Məşhur türkiyəli aktyor Görkem Sevindiyin fələstinli məhbuslarla bağlı paylaşımı İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin sərt reaksiyasına səbəb olub. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, "Eşref Rüya" serialında canlandırdığı "Kadir baba" obrazı ilə İsraildə böyük populyarlıq qazanan aktyor Görkem Sevindiyi hədəf alıb. Nazir sosial şəbəkələrdə yayılan video müraciətində aktyora xitabən: "Bəlkə sən türk serialında yaşayırsan, amma biz burada, İsraildə yaşayırıq. Terrorçular üçün ölüm", – deyə bildirib.
Niderland Xarici İşlər naziri vəzifəsinə yeni təyin olunan Tom Berendsen Türkiyəyə ilk rəsmi səfərini həyata keçirəcək. Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə keçiriləcək görüşlərdə iki NATO müttəfiqi arasında çoxşaxəli əməkdaşlığın inkişafı və yüksək səviyyəli siyasi dialoqun genişləndirilməsi əsas müzakirə mövzuları olacaq.
Donald Trampın elan etdiyi 2 həftəlik müvəqqəti atəşkəs qərarına Türkiyənin dövlət rəhbərliyi yüksək səviyyədə reaksiya verib. Vitse-prezident Cevdet Yılmaz atəşkəsi müsbət qarşıladıqlarını bildirərək, bu addımın təkcə region üçün deyil, həm də dünya iqtisadiyyatı və təhlükəsizliyi üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.
Türkiyə Respublikası Xarici İşlər Nazirliyi, ABŞ və İran arasında əldə olunan 14 günlük atəşkəs qərarı ilə bağlı rəsmi bəyanat yayıb. Ankara silahların susmasını müsbət addım kimi qiymətləndirərək, bölgədə qalıcı sülhün tərəfdarı olduğunu vurğulayıb.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və İspaniyanın Baş naziri Pedro Sançez arasında telefon danışığı baş tutub. Görüş zamanı liderlər ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələləri ətraflı müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə və İspaniyanın müdafiə sənayesi başda olmaqla hər sahədə nümayiş etdirdiyi həmrəyliyin hər iki xalq tərəfindən məmnuniyyətlə qarşılandığını və bu münasibətləri daha da inkişaf etdirməyi hədəflədiklərini bildirib.
Türkiyə, Suriya və İordaniya arasında nəqliyyat sahəsində yeni bir dövrün qapısını açan "Müasir Hicaz Dəmir Yolu" layihəsi regionun həm iqtisadi, həm də strateji xəritəsini kökündən dəyişməyə hazırlaşır. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ammanda keçirdiyi görüşlərdə bu tarixi mirası müasir texnologiyalarla yenidən canlandıracaqlarını bəyan edərək, layihənin sadəcə bir nəqliyyat xətti deyil, Qırmızı dənizi Aralıq dənizi və Avropaya bağlayan nəhəng bir loqistika dəhlizi olacağını vurğulayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan regionda gərginliyin hərbi qarşıdurma həddinə çatdığı bir vaxtda Birləşmiş Krallığın xarici işlər naziri İvet Kuper ilə mühüm telefon danışığı aparıb. Görüşdə əsas diqqət regionu bürüyən müharibənin dayandırılması və beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində atılacaq təcili addımlara yönəlib.
Türkiyə Daxili işlər naziri Mustafa Çiftçi İstanbulun Beşiktaş rayonundakı polis məntəqəsinə edilən terror hücumu ilə bağlı aparılan istintaq çərçivəsində hücum edənlərlə əlaqəli olduğu düşünülən daha 2 nəfərin saxlanıldığını açıqlayıb. Nazir Mustafa Çiftçi "NSosyal" hesabından etdiyi paylaşımda Beşiktaşdakı "Yapı Kredi Plaza" blokları qarşısında xidmət edən polislərə qarşı törədilən mənfur hücumla bağlı araşdırmaların müvafiq qurumlar tərəfindən çoxşaxəli və titizliklə davam etdirildiyini bildirib.
Terrorun bütün növlərinə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrail Baş konsulluğu yaxınlığında baş vermiş terror hücumunu şərh edərkən bildirib. Hücumla bağlı həm İstanbul Baş Prokurorluğumuz, həm də polis və kəşfiyyat qurumlarımız tərəfindən zəruri araşdırmalar sürətlə başladılıb. Yaralı polis əməkdaşlarımıza Uca Allahdan şəfa diləyir, İstanbul Polisinə və İstanbul sakinlərinə "keçmiş olsun" deyirəm.
Amerika Birləşmiş Ştatlarının paytaxtında ABŞ və Özbəkistanın İşgüzar və İnvestisiya Şurasının növbəti iclası baş tutub. Tədbirdə hər iki ölkənin dövlət və hökumət rəsmiləri təmsil olunub. İclasa Özbəkistan tərəfindən Prezident Administrasiyasının məsul şəxsi Saida Mirziyoyeva, ABŞ tərəfindən isə Ağ Evin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serjio Qor qatılıb.
ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak İstanbulun Levent məhəlləsində İsrail Baş Konsulluğu qarşısında baş verən silahlı hücumu kəskin şəkildə pisləyib. Səfir Barrak diplomatik nümayəndəlikləri hədəf alan bu cür hadisələrin beynəlxalq nizama və dövlətlərarası prinsiplərə zidd olduğunu vurğulayıb. O, Türkiyənin təhlükəsizlik qüvvələrinin hadisəyə çevik və qətiyyətli müdaxiləsini yüksək qiymətləndirdiklərini bildirib. "ABŞ bu hücumu ən güclü şəkildə pisləyir və Türk hüquq-mühafizə orqanlarının fəaliyyətini təqdir edir", - deyə diplomat qeyd edib.