Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran ölkəsinin NATO daxilində strateji əhəmiyyətini vurğulayıb.
Türk Dövlətləri
İstanbulun Beşiktaş rayonunda polis əməkdaşlarına qarşı törədilən silahlı hücumdan sonra İŞİD terror təşkilatına qarşı 34 vilayətdə eyni vaxtda əməliyyatlar keçirilib. Bildirilib ki, Beşiktaşda yerləşən Yapı Kredi Plaza yaxınlığında baş verən hücum zamanı İŞİD-lə əlaqəli üç nəfərdən biri zərərsizləşdirilib, iki nəfər isə yaralı halda ələ keçirilib. Hadisə nəticəsində iki polis əməkdaşı yüngül xəsarət alıb.
İranın Pekindəki səfiri Abdolreza Rahmani Fazli ABŞ ilə əldə olunmuş atəşkəsdən sonra açıqlama verərək, münaqişənin yenidən alovlanmaması üçün təminatlara ehtiyac olduğunu bildirib.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar "Əl-Cəzirə"yə verdiyi bəyanatda Hörmüz boğazındakı gərginliyi "bütün böhranların anası" kimi xarakterizə edərək, dünyanı yeni bir enerji arxitekturası qurmağa çağırıb. VOA xəbər verir ki, nazir qlobal neft bazarında yaranan 20 milyon barellik kəsirin enerji marşrutlarının şaxələndirilməsini hər zamankından daha zəruri etdiyini vurğulayıb.
Türkiyənin Ədliyyə naziri Akın Gürlek, İstanbulun Levent rayonunda polis nöqtəsinə edilən silahlı hücumdan dərhal sonra İŞİD terror təşkilatına qarşı ölkə boyu genişmiqyaslı əməliyyatların başladıldığını elan edib. Nazir bildirib ki, 34 şəhərdə eyni vaxtda keçirilən əməliyyatlar çərçivəsində ümumilikdə 273 şübhəli barəsində hüquqi tədbir görülüb, onlardan 198-i saxlanılıb.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına əsasən, Prezident Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edən telefon danışığı baş tutub. Liderlər İranla bağlı əldə olunmuş atəşkəs prosesini və son beynəlxalq hadisələri ətraflı müzakirə ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Külliyəsində keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) növbəti iclası başa çatıb. Təxminən 3 saat davam edən toplantının yekununda qəbul edilən bəyannamədə Türkiyənin daxili və xarici təhlükəsizlik prioritetləri, habelə regional münaqişələrlə bağlı qəti mövqeyi ifadə olunub.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli sosial media hesabından gündəmdəki mühüm hadisələri qiymətləndirib. Baxçalı regional və qlobal sülh üçün kritik bir mərhələdə ABŞ və İran arasında əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəs qərarını məmnuniyyətlə qarşıladıqlarını bildirib.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında strateji əhəmiyyətli telefon danışığı baş tutub. Liderlər ötən gecədən etibarən İranla bağlı elan edilmiş atəşkəs başda olmaqla, regiondakı son hadisələri ətraflı müzakirə ediblər.
Türkiyə-Portuqaliya İqtisadi və Ticari Birgə Komitəsinin (JETCO) 5-ci dövr iclası Türkiyənin Ticarət naziri Ömer Bolat və Portuqaliyanın Xarici İşlər naziri Paulo Rangelin həmsədrliyi ilə Lissabonda keçirilib. Görüşdə iki ölkə arasındakı ticari və iqtisadi iş birliyinin gələcək prioritetləri müəyyən edilib. Nazir Ömer Bolat iclasın yekunlarına dair bildirdib ki, tərəflər qarşılıqlı investisiyalar, podratçılıq xidmətləri, sənaye, texnologiya, enerji, kənd təsərrüfatı və müdafiə sənayesi kimi strateji sahələrdə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.
Pakistanın Baş naziri Şahbaz Şərif atəşkəs prosesinə verdikləri dəstəyə görə bir sıra ölkələrə təşəkkür edib. Şərif xüsusilə Çin, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və Qətər-in atəşkəsin əldə olunmasına verdiyi “əhəmiyyətli və hərtərəfli dəstəyi” yüksək qiymətləndirib.
MİT rəhbərliyi ABŞ-İsrail və İran arasındakı hərbi münaqişənin dayandırılması və atəşkəs prosesinin asanlaşdırılması məqsədilə genişmiqyaslı diplomatik fəaliyyətə başlayıb. MİT münaqişənin daha geniş bölgəyə yayılmasının qarşısını almaq üçün bütün müvafiq qurumlarla koordinasiyalı şəkildə aktiv səylər göstərir.