Türk Dövlətləri

Nazir Çiftçi qeyd edib ki, onlardan birinin dini radikal qruplaşmalarla əlaqəsi olduğu, digər iki qardaşdan birinin isə narkotik vasitələrin dövriyyəsi ilə bağlı cinayət keçmişi mövcuddur. Atışma zamanı iki polis əməkdaşı yüngül xəsarətlər alıb və onların vəziyyətinin sabit olduğu bildirilir. Hazırda prokurorluq tərəfindən başladılan cinayət işi çərçivəsində hücumun motivləri və arxa plandakı əlaqələr araşdırılır.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ölkədə rəsmi səfərdə olan Niger Respublikasının Müdafiə naziri, Ordu generalı Salifu Modi ilə görüşüb. Milli Müdafiə Nazirliyinin məlumatına görə, nazir Yaşar Gülər həmkarı Salifu Modini nazirlik binasında rəsmi hərbi mərasimlə qarşılayıb. Mərasimdən sonra nazirlər arasında təkbətək görüş keçirilib, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli müzakirələr aparılıb.

İstanbulun Beşiktaş rayonunda, İsrail Konsulluğu yaxınlığında baş verən silahlı atışma nəticəsində 2 polis əməkdaşı yaralanıb, 3 şübhəlidən 2-si öldürülüb. Türkiyənin ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı sosial media hesabından açıqlama verərək, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən dərhal genişmiqyaslı təhqiqatın başladıldığını elan edib. Nazir qeyd edib ki, işin araşdırılması üçün bir baş prokuror müavini və iki cümhuriyyət prokuroru təyin edilib və onlar artıq hadisə yerində araşdırmalara başlayıblar.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin ifrat sağçı nazirinin işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə təşkil etdiyi basqını ən kəskin şəkildə pisləyib. Nazirliyin yaydığı yazılı bəyanatda Netanyahu hökumətinin addımlarının yalnız müsəlmanlara aid olan müqəddəs məkanın toxunulmazlığını hədəf aldığı vurğulanıb.

Türkiyənin Milliyətçi Hərəkat Partiyası lideri Devlet Bahçeli ABŞ Prezidenti Donald Trampın və İsrail Baş naziri Benyamin Netanyahunun hegemonluq istəklərinin beynəlxalq nizamı iflic etdiyini, İranla yaşanan gərginliyin qlobal enerji və tədarük zəncirlərini uçuruma sürüklədiyini bəyan edib. Partiyasının TBMM-dəki qrup toplantısında danışan Bahçeli, xüsusilə Hörmüz boğazı ətrafındakı qarşıdurmaların dünyanı böyük bir sabitlik böhranına apardığını vurğulayıb.

Qırğızıstan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq çərçivəsində hər il 150 Qırğızıstan vətəndaşının Türkiyədə pulsuz müalicə alması ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, hər il ayrılan 150 kvota çərçivəsində Qırğızıstan vətəndaşları Türkiyənin dövlət xəstəxanalarında yüksək ixtisaslı tibbi xidmətlərdən ödənişsiz yararlana biləcəklər.

BAKI,VOA, Fərid Mikayılov İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 17 şübhəli saxlanılıb. VOA xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün (6 aprel 2026-cı il) iranlı həmkarı Abbas Əraqçi ilə telefon əlaqəsi saxlayıb. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazirlər bölgədəki son hərbi-siyasi vəziyyəti və davam edən müharibənin gedişatını ətraflı müzakirə ediblər. Görüş zamanı nazir Hakan Fidan Türkiyənin regionda sabitliyin bərpası ilə bağlı narahatlıqlarını ifadə edib və mülki əhalinin təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.

Türkiyə Jandarma Baş Komandanlığının koordinasiyası ilə 25 vilayətdə qanunsuz silah alverçilərinə və odlu silahı sənədsiz saxlayan şəxslərə qarşı keçirilən əməliyyatlarda 404 şübhəli şəxs ələ keçirilib. Jandarma Baş Komandanlığının Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) və İctimai Təhlükəsizlik idarələri, habelə Respublika Baş Prokurorluqlarının rəhbərliyi altında həyata keçirilən tədbirlər Türkiyənin bir çox strateji nöqtələrini əhatə edib. Əməliyyatlar İstanbul, Ankara, Adana, Antalya, Diyarbəkir, Şanlıurfa və digər mühüm mərkəzlər daxil olmaqla ümumilikdə 25 əyalətdə eyni vaxtda reallaşdırılıb.

MHP Sədr müavini Semih Yalçın partiya nizamnaməsinin müvafiq bəndlərinə əsaslanaraq İstanbul strukturlarının fəaliyyətinə son qoyulduğunu elan edib. Yalçın qərarın nizamnamənin 34, 52 və 54-cü maddələrinin verdiyi səlahiyyətlər çərçivəsində qəbul edildiyini bildirib. Vəzifəsindən kənarlaşdırılan İstanbul vilayət təşkilatının rəhbəri Sertel Selim qərardan sonra etdiyi açıqlamada MHP lideri Devlet Bahçelinin hər zaman əmrində olduqlarını vurğulayıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun açıqlamasına əsasən, “Ocean Thunder” adlı türk mülkiyyətli gəmi ötən gecə Hörmüz boğazını təhlükəsiz keçərək Körfəzdən çıxışını tamamlayıb. Məlumata görə, bu keçidlə birlikdə münaqişənin başlanmasından bəri bölgədə gözləyən 3 gəmi boğazdan təhlükəsiz şəkildə ayrılıb.