Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyəli aktyorun paylaşımı İsrail hökumətində gərginlik yaradıb

    8 Aprel 2026 15:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyəli aktyorun paylaşımı İsrail hökumətində gərginlik yaradıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Məşhur türkiyəli aktyor Görkem Sevindiyin fələstinli məhbuslarla bağlı paylaşımı İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin sərt reaksiyasına səbəb olub.

    VOA xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, "Eşref Rüya" serialında canlandırdığı "Kadir baba" obrazı ilə İsraildə böyük populyarlıq qazanan aktyor Görkem Sevindiyi hədəf alıb. Nazir sosial şəbəkələrdə yayılan video müraciətində aktyora xitabən: "Bəlkə sən türk serialında yaşayırsan, amma biz burada, İsraildə yaşayırıq. Terrorçular üçün ölüm", – deyə bildirib.

    Gərginliyə səbəb türkiyəli aktyorun İsrail Knessetində fələstinli məhbusların edam edilməsinə icazə verən qanun layihəsinin qəbulunu tənqid edən paylaşımı olub. Sözügedən qanun 48 əleyhinə, 62 lehinə səslə qəbul edilib. Ben-Qvirin bu çıxışından sonra İsraildə aktyorun iştirak etdiyi layihələrin boykot edilməsi çağırışları başlayıb. Hazırda İsrail həbsxanalarında 350-si uşaq, 73-ü qadın olmaqla, 9600-dən çox fələstinli məhbusun olduğu bildirilir.

    Görkem Sevindik yerli mediaya verdiyi açıqlamada paylaşımının tamamilə "insani bir reaksiya" olduğunu vurğulayıb. O, edam qərarı ilə bağlı xəbərlərin onu dərindən sarsıtdığını qeyd edərək: "Mən harada olursa-olsun, zülmə qarşıyam və bunun qarşısını almaq üçün əlimdən gələni etməyə hazıram", – deyib. Aktyor boykot çağırışlarının onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini də əlavə edib.

    Qeyd edək ki, bu, Ben-Qvirin məşhur simalara qarşı ilk hücumu deyil. O, bundan əvvəl məşhur mərakeşli futbolçu Hakim Ziyeşi də Fələstinə dəstək verdiyi üçün bənzər şəkildə hədəf almışdı.

    #Fələstinli məhbuslar #İtamar Ben-Qvir #Görkem Sevindik #İsrail boykot #edam qanunu #Eşref Rüya serialı #Görkem Sevindiyin İsrail edam qanunu haqqında paylaşımı #İtamar Ben-Qvirin türkiyəli aktyora video mesajı #İsraildə türk seriallarının boykot edilməsi #fələstinli məhbusların sayı 2026 aprel #Görkem Sevindik fələstinə dəstək açıqlaması #Hakim Ziyeş və Görkem Sevindik İsrail tənqidi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu fələstinli əsirə işgəncə edildiyini təsdiqləyib

    3 İyul 2026 10:49

    Ben-Qvir: İsrail Trampa da “yox” deyə bilər, Livan atəşkəsi qəbul edilməməlidir

    23 İyun 2026 20:04

    Abbas Əraqçi: İsrailin yeganə marağı daimi müharibədir

    19 İyun 2026 19:08

    Netanyahu Trampı nazirlərindən qorumağa çalışır

    19 İyun 2026 11:47

    Avropa İttifaqı niyə Ben-Qvirə qarşı ortaq qərar qəbul edə bilmədi?

    15 İyun 2026 19:16

    Fransa İtamar Ben-Qvir səbəbilə İsrail nümayəndələrinə qadağa qoydu

    1 İyun 2026 20:00

    İtaliya Ben-Qvirə qarşı Aİ sanksiyaları tələb edib

    21 May 2026 17:50

    Polşa XİN-i Ben-Qvirin ölkəyə girişinə qadağa qoyulmasını istəyib

    21 May 2026 17:30

    İsrail baş naziri təxribatçıların tez deportasiyasını tələb edir

    20 May 2026 20:14

    Fələstinli məhbuslar: İsrail həbs siyasəti qanlı və sistemlidir

    15 May 2026 18:54

    Türkiyə İsrail nazirinin Əl-Əqsa Məscidinə təşkil etdiyi basqını pisləyib

    14 May 2026 11:04

    Məscid-i Əqsa 41 günlük qadağadan sonra ibadətə açıldı

    9 Aprel 2026 09:47
    XƏBƏR LENTİ

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.