Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika / Neft və qaz
    Neft və qaz

    Alparslan Bayraktar qlobal enerji böhranından çıxmaq üçün Bakının rolundan danışıb

    9 Aprel 2026 09:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Alparslan Bayraktar qlobal enerji böhranından  çıxmaq üçün Bakının rolundan danışıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar "Əl-Cəzirə"yə verdiyi bəyanatda Hörmüz boğazındakı gərginliyi "bütün böhranların anası" kimi xarakterizə edərək, dünyanı yeni bir enerji arxitekturası qurmağa çağırıb. VOA xəbər verir ki, nazir qlobal neft bazarında yaranan 20 milyon barellik kəsirin enerji marşrutlarının şaxələndirilməsini hər zamankından daha zəruri etdiyini vurğulayıb.

    Qlobal enerji təhdidi: 200 dollarlıq neft ssenarisi

    Bayraktar bildirib ki, dünya gündəlik 103 milyon barel neftə ehtiyac duyduğu bir vaxtda Hörmüz boğazının qapalı qalması ciddi tədarük problemləri yaradıb. Hazırda başlayan atəşkəsin ümidverici olduğunu deyən nazir, gərginliyin davam edəcəyi təqdirdə neftin bir barelinin 200 dollara qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, belə bir ssenari qlobal iqtisadiyyatı dərin tənəzzülə və dağıdıcı inflyasiyaya sürükləyə bilər.

    Türkiyənin enerji mərkəzi statusu və strateji ehtiyatları

    Türkiyənin son illər həyata keçirdiyi nəhəng infrastruktur layihələrinə diqqət çəkən nazir, ölkənin artıq regional enerji qovşağına çevrildiyini qeyd edib. O, Türkiyənin enerji təhlükəsizliyi baxımından Avropadan daha əlverişli mövqedə olduğunu rəqəmlərlə ifadə edib.
    O qeyd edib ki, Türkiyədə təbii qaz anbarlarında doluluq səviyyəsi 72% təşkil edir (Avropada bu göstərici 28%-dir).

    “Strateji rezervlərin 50%-dən çoxu hazırdır. Türkiyə boru kəmərləri və dəniz yolu ilə illik 80 milyard kubmetr qaz qəbul etmə imkanına malikdir.”-deyı bazir vurğulayıb.

    Region üçün 3 nəhəng infrastruktur layihəsi

    Böhrandan çıxış yolu kimi Bayraktar üç mühüm layihə təklifini irəli sürüb:

    “Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Türkiyə və Avropaya nəqli, İraq-Türkiyə neft kəmərinin Bəsrə limanına qədər uzadılması. Qətər qazını Səudiyyə Ərəbistanı, İordaniya və Suriya üzərindən Türkiyəyə çatdıracaq yeni boru kəmərinin inşası.”-deyə o qeyd edib.

    İqtisadi maliyyə yükü

    Nazir enerji qiymətlərinin artmasının Türkiyə büdcəsinə təsirlərini də açıqlayıb. Neftin hər 1 dollar bahalaşmasının ölkəyə 400 milyon dollara başa gəldiyini deyən Bayraktar, illik əlavə maliyyə yükünün neft və yanacaqda 13-14 milyard dollar, təbii qazda isə 7-10 milyard dollar arasında ola biləcəyini vurğulayıb. Buna baxmayaraq, o, strateji ehtiyatların və marşrut şaxələndirilməsinin Türkiyəni qısamüddətli risklərdən qoruduğunu bildirib.

    #Alparslan Bayraktar #Türkiyə enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar #Hörmüz #Türkiyənin enerji qovşağı statusu və 2026 Hörmüz boğazı böhranı #Alparslan Bayraktarın Qətər-Türkiyə və Türkmənistan qaz kəməri təklifləri #Türkiyə və Avropa təbii qaz anbarlarının doluluq səviyyəsi müqayisəsi 2026 #Neft qiymətlərinin 200 dollara yüksəlmə riskinin qlobal iqtisadi təsirləri #İraq-Türkiyə neft kəmərinin Bəsrəyə uzadılması layihəsinin əhəmiyyəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və Suriya arasında enerji və mədənçilik üzrə yeni əməkdaşlıq sazişi imzalanıb

    19 Avqust 2026 16:28

    Diyarbəkirdə 6,1 milyard barellik neft ehtiyatı üçün qazıntı başlayıb

    18 Avqust 2026 10:42

    Trampdan Omana şok təhdid - Mane olsanız, bombalayacağıq

    17 Avqust 2026 22:06

    Türkiyənin enerji şəbəkəsi 3 qitəyə yayılır: Somali, Qazaxıstan və Macarıstana qədər uzanan strategiya

    9 Avqust 2026 20:30

    Türkiyə illik 500 milyon dollar tranzit gəliri əldə edəcək

    7 Avqust 2026 09:35

    Türkiyə və İraq arasında mühüm razılaşma əldə olundu

    1 Avqust 2026 17:10

    Fars körfəzi boğazı üzrə idarə: Hərtərəfli 60 gün müddətində Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınmayacaq

    19 İyun 2026 18:29

    25 gəmi ABŞ-İran razılaşmasından sonra Hörmüz boğazından keçib

    19 İyun 2026 18:10

    ABŞ–İran razılaşmasından sonra neft qiymətləri ucuzlaşıb

    18 İyun 2026 19:51

    UKMTO: Yəmən yaxınlığında dəniz insidenti baş verib

    17 İyun 2026 22:14

    ABŞ mərkəzi komandanlığı qəzanı təsdiqləyir

    9 İyun 2026 19:12

    Türk dron texnologiyasının banisi Səlçuk Bayraktar bəşəriyyətə xəbərdarlıq etdi

    9 May 2026 21:57
    XƏBƏR LENTİ

    İran ŞƏT Parlament Assambleyasının yaradılmasını təklif edir – Pezeşkian

    İyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard dolları keçib (ÖZƏL)

    İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

    Suriyada Əsəd rejiminin iki generalı müharibə cinayətləri ittihamı ilə saxlanılıb

    Bişkekdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

    Dayanıqlı sülhə doğru Bişkek addımı - Bakı və İrəvan Vaşinqton razılaşmalarını inkişaf etdirməyə davam edir

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.