Şavkat Mirziyoyev Asiya İnkişaf Bankının illik toplantısında çıxışı zamanı Özbəkistan ilə Asiya İnkişaf Bankı arasında 12 milyard dollarlıq yeni əməkdaşlıq proqramının imzalandığını açıqlayıb. Onun sözlərinə görə, bu saziş qlobal iqtisadi qeyri-sabitlik fonunda davamlı inkişafın təmin olunmasına yönəlib. Prezident qeyd edib ki, müasir çağırışlar yeni texnologiyaların tətbiqini və iqtisadi alətlərin təkmilləşdirilməsini zəruri edir.
Türk Dövlətləri
Şirkətin 2025-ci il üzrə fəaliyyət hesabatında KORKUT hava müdafiə sisteminin əldə etdiyi texnoloji irəliləyişlər və həyata keçirilən layihələr geniş şəkildə təqdim olunub. Hesabatda sistemin həm yerli, həm də beynəlxalq səviyyədə bir sıra ilk nailiyyətlərə imza atdığı vurğulanıb.
ASELSAN tərəfindən yayımlanan 2025-ci il üzrə Fəaliyyət Hesabatı çərçivəsində, müdafiə sahəsində xaricdən asılılığın azaldılması məqsədilə həyata keçirilən milliləşdirmə işlərinin 2025-ci ildə də uğurla davam etdirildiyi bildirilib.
Özbəkistanın rəqəmsal iqtisadiyyatında inqilab edən Uzum, qısa müddət ərzində Orta Asiyanın ən böyük və ən sürətlə inkişaf edən texnoloji ekosisteminə çevrilmişdir. 2024-cü ildə 1,16 milyard dollar dəyərləndirmə ilə Özbəkistanın ilk "unicorn" (dəyəri 1 milyard dolları keçən startap) şirkəti statusunu qazanaraq regionun iqtisadi mənzərəsini dəyişdirmişdir.
İstanbul Boğazında Türkiyə Yelken Federasiyasının (TYF) 2026-cı il fəaliyyət proqramı çərçivəsində keçirilən “HELLY HANSEN – SPORT WORKS BOSPHORUS RACE” yelkən yarışları səbəbilə tranzit gəmi keçidləri müvəqqəti dayandırılıb.
Türkiyə İslam dünyasının ən nüfuzlu reytinqlərindən biri hesab olunan "Global Muslim Travel Index" (Qlobal Müsəlman Səyahət İndeksi) hesabatında öz mövqeyini daha da möhkəmləndirərək zirvəyə yüksəlib. VOA xəbər verir ki, Türkiyə müsəlman istehlakçılar üçün ən cəlbedici və əlçatan ölkələr siyahısında ilk sırada qərarlaşıb.
İsrail və Türkiyə vətəndaşlığı olan Cessika Beçer İstanbulda saxlanıldıqdan sonra ABŞ tərəfinin müraciəti nəticəsində sərbəst buraxılıb və daha sonra üçüncü ölkə vasitəsilə İsrailə göndərilib.
Azadlıq donanması iştirakçılarından 59 nəfəri daşıyan təyyarə axşam saatlarında İstanbul hava limanına eniş edib. Bu şəxslər İsrail tərəfindən beynəlxalq sularda saxlanıldıqdan sonra azad edilərək Türkiyəyə göndərilib. Aktivistlər Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə təşkil olunan missiyada iştirak ediblər.
Türkiyə Xarici İşlər Nazirliyi İsrail tərəfindən Yunanıstan sahilləri yaxınlığında saxlanılan Beynəlxalq Azadlıq donanmasına qatılan 59 nəfərin, o cümlədən 20 Türkiyə vətəndaşının yaxın saatlarda İstanbula gətiriləcəyini açıqlayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. Görüş zamanı İran ilə ABŞ arasında davam edən danışıqlar prosesinin son vəziyyəti müzakirə olunub.
Türkiyədə beynəlxalq hüquqi əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində yeni addım atılıb. Ədliyyə naziri Akın Gürlek 16 yeni məhkəmədə beynəlxalq cinayət işləri üzrə əməkdaşlıq bürolarının yaradıldığını açıqlayıb.
İstanbul Valiliyi tərəfindən 1 May Əmək və Həmrəylik Günü ilə əlaqədar şəhərin bir sıra rayonlarında yollar, metro stansiyaları və dəniz nəqliyyatı məhdudlaşdırılıb. Bildirilib ki, Taksim, Şişhane və Osmanbey metro stansiyaları bağlanıb, bəzi tramvay və funikulyor xətləri üzrə hərəkət dayandırılıb. Eyni zamanda dəniz nəqliyyatında da məhdudiyyətlər tətbiq olunub.