Türkiyənin Antalya vilayətinin Alanya şəhərində tanınmış sahibkarlardan biri silahlı hücuma məruz qalıb. Türkiyə mətbuatının məlumatına görə, 52 yaşlı iş adamı Aydın Çavuşoğlu öz ofisində güllə yarası ilə ağır vəziyyətdə tapılıb və dərhal xəstəxanaya çatdırılıb. Onun reanimasiya şöbəsində müalicə aldığı bildirilir.
Türk Dövlətləri
Türkiyənin əsas fond bazarı olan Borsa İstanbul tarixinin ən yüksək səviyyəsini yeniləyib. BIST 100 indeksi yeni ticarət gününə 1,25 faiz artımla 14 677,26 bənd səviyyəsində başlayaraq rekord göstəriciyə yüksəlib. Məlumata görə, indeks əvvəlki günü də artımla başa vuraraq 0,88 faiz bahalaşıb və 14 495,77 bənddə bağlanıb.
Tanınmış YouTuber Ruhi Çenet hantavirus aşkarlanmış “MV Hondius” adlı kruiz gəmisində 24 gün davam edən səyahət etdiyini açıqlayıb. O, gəmidən ayrıldıqdan sonra yaşadıqlarını sosial şəbəkə hesabında paylaşıb.
Türkiyənin Ərzurum Diplomatik Araşdırmaları Mərkəzi tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərində “Ortaq Mədəniyyət, Ortaq İrs” mövzusunda tədbir təşkil olunub. Tədbir Ərzurum Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib. Məlumata görə, EDAM Türkiyənin xaricdəki təmsil gücünü və regional dinamikləri yerində təhlil etmək məqsədilə sahə araşdırma proqramına başlayıb. Bu çərçivədə mərkəzin İdarə Heyətinin sədri Ergün Enginin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklərin müdafiə sənayesinə təsiri ilə bağlı mühüm açıqlamalar verib. O bildirib ki, mövcud geosiyasi vəziyyət dünya təhlükəsizlik arxitekturasını və hərbi doktrinaları yenidən formalaşdırmaq potensialına malikdir.
Türkiyənin müdafiə sənayesi sahəsində aparıcı şirkəti yeni texnologiyalarını beynəlxalq platformada nümayiş etdirəcək. Məlumata görə, şirkət sərgi çərçivəsində ilk dəfə olaraq K2 kamikadze pilotsuz uçuş aparatı, həmçinin “Mızrak” və “Sivrisinek” adlı ağıllı dolaşan döyüş sursatlarını təqdim edəcək.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Türkiyə Böyük Millət Məclisində keçirilən partiya qrup iclasında çıxış edərək ölkənin daxili və xarici siyasət gündəminə dair geniş açıqlamalar verib. Bahçeli çıxışında Türkiyənin geosiyasi mövqeyi, xarici siyasət prioritetləri, Kipr məsələsi, terrorla mübarizə və iqtisadi hədəflər daxil olmaqla bir çox istiqamətdə mesajlar səsləndirib. O, milli birlik və səfərbərlik çağırışı edərək Türkiyənin regional güc roluna diqqət çəkib
MHP sədri çıxışında Şərqi Aralıq dənizinin Türkiyə üçün strateji əhəmiyyət daşıdığını qeyd edərək, Ankaranın öz hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə qoruyacağını bildirib. Bahçeli həmçinin Fransa Prezidenti Emmanuel Macronu tənqid edərək, onun siyasətini “Napoleon ambisiyaları” kimi xarakterizə edib. Onun sözlərinə görə, bəzi Avropa ölkələrinin bölgədəki planları gərginliyi artırır.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim əs-Sani ölkədə səfərdə olan Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüş keçirib. Qətər tərəfi bütün iştirakçıların vasitəçilik proseslərinə konstruktiv şəkildə qoşulmasının vacibliyini vurğulayıb və qeyd edib ki, dialoq yolu ilə böhranın əsas səbəblərinin aradan qaldırılması mümkün olacaq.
Türkiyədə baş verən güclü sel və ekstremal hava hadisələri beynəlxalq reaksiyalara səbəb olub. Bəyanatda Pakistan xalqı və hökuməti adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və qardaş türk xalqına dərin hüznlə başsağlığı ifadə olunub. Qeyd edilib ki, baş verən təbii fəlakət nəticəsində insan tələfatı və ciddi maddi ziyan qeydə alınıb. Pakistan tərəfi bu ağır gündə Türkiyə ilə tam həmrəylik nümayiş etdirdiyini vurğulayıb.
Türkiyədə aparılan əməliyyat nəticəsində 3 il ərzində həyata keçirilən “change” sxemi ifşa olunub. Şübhəlilərin qəzaya düşmüş, yanğın və ya digər səbəblərlə yararsız hala düşmüş nəqliyyat vasitələrinin şassi və mühərrik məlumatlarını dəyişdirərək onları yenidən satışa çıxardıqları müəyyən edilib.
Türkiyə ərazisində ümumilikdə 1 milyon 224 min 589 nəfər əcnəbi yaşayır. Məlumatlara görə, əcnəbilərin əksəriyyəti qısamüddətli yaşamaq icazəsinə malikdir. Belə ki, qısa müddətli yaşamaq hüququ qazananların sayı 433 min 383 nəfər təşkil edir. Siyahıda sonrakı yerləri müvafiq olaraq 389 min 567 nəfərlə digər kateqoriyalar, 227 min 767 nəfərlə təhsil alanlar və 173 min 872 nəfərlə ailəvi məskunlaşanlar tutur.