Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo

    4 May 2026 16:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Rəqəmsal transformasiya artıq seçim deyil, strateji zərurətdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu sənəd ölkədə rəqəmsallaşmanın sürətlənməsi və biznes mühitinin yeni mərhələyə keçidi üçün əsas istiqamətləri müəyyən edir.

    Bu istiqamətdə yaranan imkanlar artıq regionlarda da yeni təşəbbüslərlə öz əksini tapır.

    MÜSİAD Azərbaycan, TECHERA və Quba İş Adamlarına Dəstək-QİAD Platformasının birgə təşkilatçılığı ilə Qubada “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti” keçiriləcəkdir.

    Azərbaycan Pedaqoji Universitetinin (ADPU) Quba filialının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Fintex Assosiasiyasının, “Bilim Azərbaycan”-nın, eləcə də müxtəlif şirkətlərin və media qurumlarının tərəfdaşlığı ilə keçiriləcək sammit regionda biznes mühitinin inkişafına və rəqəmsallaşmanın təşviqinə xidmət edəcəkdir.

    Tədbir 22 May 2026-ci ildə Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində keçiriləcəkdir.

    Sammit çərçivəsində ilk dəfə olaraq “Regional Expo” sərgisi təşkil olunacaqdır. Bu sərgi yerli sahibkarların məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi, yeni tərəfdaşlıqlar qurması və investisiya imkanlarını nümayiş etdirməsi baxımından sammitin ən önəmli və fərqləndirici hissələrindən biri olacaqdır.

    Tədbir çərçivəsində panel müzakirələri, təqdimatlar və təcrübə paylaşımı sessiyaları keçiriləcək, rəqəmsal iqtisadiyyat, fintex, startaplar və ixrac imkanları əsas müzakirə mövzularını təşkil edəcəkdir.

    Sammit dövlət, biznes və akademik dairələri bir araya gətirərək regionların iqtisadi potensialının daha effektiv istifadəsinə və dayanıqlı inkişafına töhfə verəcəkdir.

    Sizi Regionun inkişafında aktiv rol almağa və gələcəyi birlikdə qurmağa dəvət edirik.

    Qeydiyyat linki:

    https://techera.az/tedbirler/regional-biznesin-inkisafi-ve-reqemsallasma-sammiti/istirak

    Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti”- nin rəsmi media tərəfdaşıdır.

    #MÜSİAD Azərbaycan #TECHERA #Rəqəmsal transformasiya #Quba İş Adamlarına Dəstək-QİAD Platforması #Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətərdə gəmi qeydiyyatı rəqəmsallaşır

    10 Avqust 2026 12:09

    Azərbaycanın Türkmənistandakı səfiri Aşqabad şəhərinin hakimi ilə görüşüb

    30 İyul 2026 17:41

    Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq

    21 İyul 2026 18:15

    Yaponiya nümayəndə heyəti MÜSİAD Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

    9 İyul 2026 21:24

    Səudiyyə Ərəbistanı rəqəmsal təhlükəsizliyə yeni yanaşma tətbiq edir

    6 İyul 2026 21:34

    Prezidentin köməkçisi rəqəmsal inkişaf üzrə yeni islahatların detallarını açıqlayıb

    29 İyun 2026 20:15

    MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib

    26 İyun 2026 19:14

    REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı

    22 May 2026 20:31

    Astanada IV Beynəlxalq Qazaxıstan muzey konqresi öz işinə başlayır

    19 May 2026 17:56

    Bakı Türk dünyasının mühəndislik nəhənglərini bir araya gətirir: Tarixi zirvə başlayır

    30 Aprel 2026 17:31

    Türkiyənin milli KOVAN proqram təminatı Azərbaycan Müdafiə Nazirliyində istifadəyə verilib

    18 Aprel 2026 17:41

    BMT ilə 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur - Anar Axundov

    10 Aprel 2026 10:45
    XƏBƏR LENTİ

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.