Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türkiyə XİN Sudanda torpaq sürüşməsi ilə bağlı bəyanat paylaşıb

    3 Sentyabr 2025 10:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə XİN Sudanda torpaq sürüşməsi ilə bağlı bəyanat paylaşıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Xarici İşlər Nazirliyi Sudanın Orta Darfur əyalətinin Cebel Marra bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində çox sayda insanın həyatını itirməsi ilə bağlı başsağlığı mesajı yayımlayıb.

    AzerVoice xəbər verir ki, nazirliyin rəsmi açıqlamasında, Sudanda baş verən torpaq sürüşməsi nəticəsində yaşanan can itkisinə görə dərin üzüntü duyulduğu qeyd olunub.

    "Həyatını itirənlərə Allahdan rəhmət diləyir, Sudan xalqına başsağlığı verir və yaralananlara şəfa arzulayırıq," – deyə açıqlamada bildirilib.

    Xatırladaq ki, Sudanın Qərbində yerləşən Marra Dağları bölgəsində baş verən böyük torpaq sürüşməsi bir kəndi tamamilə məhv edib. Sudan Azadlıq Hərəkatı (SLM) hadisə nəticəsində ən azı min nəfərin həyatını itirdiyini, yalnız bir nəfərin sağ qurtulduğunu açıqlayıb.

    SLM lideri Əbdülvahid Nurun sözlərinə görə, 31 avqust tarixində güclü yağışlardan sonra baş verən sürüşmə kəndi yerlə-yeksan edib.

    "İlkin məlumatlara görə, kəndin bütün sakinləri həlak olub, yalnız bir nəfər sağ qalıb," – deyə bəyanatda bildirilib.

    Hərəkat, qadın və uşaqların da daxil olduğu qurbanların cəsədlərinin çıxarılması üçün Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq humanitar təşkilatlara çağırış edib. SLM kəndin "tamamilə yerlə bir olduğunu" bəyan edib.

    #Türkiyə #BMT #Türkiyə Xarici İşlər Nazirliyi #Türkiyə XİN #Sudan #humanitar yardım #torpaq sürüşməsi #Təbii Fəlakət #Beynəlxalq humanitar yardım #Birləşmiş Millətlər Təşkilatı #Sudan Azadlıq Hərəkatı (SLM) #Əbdülvahid Nur #Cebel Marra
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    28 Avqust 2026 20:40

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

    28 Avqust 2026 19:14
    XƏBƏR LENTİ

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.