Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

    18 Avqust 2025 12:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə 4,2 bal gücündə zəlzələ olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin Balıkesir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

    Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 11:26-də (Bakı vaxtı ilə 12:26) baş verib. Yeraltı təkanların ocağı daha əvvəl baş verən 6 bal gücündə zəlzələnin qeydə alındığı Sındırqı rayonunda yerləşib, dərinliyi isə 6,72 kilometr olub.

    Qeyd edək ki, Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib.

    AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.

    Zəlzələ təkcə Balıkəsirdə deyil, İzmir, İstanbul, Kütahya, Manisa, Eskişehir, Aydın, Sakarya, Tekirdağ, Yalova və Uşak daxil olmaqla bir sıra şəhərlərdə də hiss olunub. İstanbulda bir çox vətəndaşlar evlərini tərk edərək park və açıq sahələrdə gözləyib.

    Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, zəlzələ nəticəsində 81 yaşlı bir vətəndaş xilas edilsə də, bütün müdaxilələrə baxmayaraq vəfat edib. Ümumilikdə 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, lakin yaralıların həyati təhlükəsi yoxdur.

    Türkiyə Səhiyyə Naziri Kemal Memişoğlu sosial media üzərindən açıqlamasında 4 yaralının müalicəsinin xəstəxanalarda davam etdiyini və vəziyyətlərinin stabil olduğunu bildirib.

    Zəlzələ nəticəsində 68 kənddə 16 bina dağılıb, lakin içərisində insan olan 4 binadan sakinlər sağ-salamat xilas ola biliblər.

    Türkiyə Çevrə və Şəhərsalma Naziri Murat Kurum bildirib ki, əraziyə göndərilən qruplar hasar tespiti işlərinə başlayıb və hər bir məlumat diqqətlə dəyərləndirilir.

    AFAD isə vətəndaşlara zədələnmiş binalara daxil olmamağı, yalnız rəsmi mənbələrə etibar etməyi və mümkün qədər SMS və internet əsaslı mesajlaşma vasitələrindən istifadə etməyi tövsiyə edib.

    AFAD, zəlzələdən dərhal sonra “Türkiyə Fəlakətlərlə Müdaxilə Planı” (TAMP)-ın aktivləşdirildiyini, müxtəlif bölgələrdən yardım və axtarış-xilasetmə qruplarının əraziyə cəlb edildiyini bildirib.

    Türkiyə Prezidentinin Kommunikasiya Direktoru Burhanettin Duran, dezinformasiyaya qarşı xəbərdarlıq edərək, yalnız rəsmi məlumatlara etibar edilməsinin vacibliyini vurğulayıb.

    #AFAD #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #zəlzələ #Balıkesir #SeysmikFəaliyyət #Zəlzələ Xəbərləri #Zəlzələ diplomatiyası #Zəlzələlərin siyasi təsiri #seysmik hadisələr #Seysmik aktivlik #zəlzələ fay xətti #Türkiyədə zəlzələ 2025 #uşaqlarda zəlzələ qorxusu #zəlzələ qorxusu #seysmik risk #Zəlzələ xəbəri #6 bal gücündə zəlzələ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 3,9 bal gücündə zəlzələ oldu

    30 May 2026 11:46

    Türkiyədə 5,6 bal gücündə zəlzələ olub

    20 May 2026 10:38

    Türkiyədə 75 şəhərdə narkotik əməliyyatı keçirilib

    28 Aprel 2026 16:16

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    27 Aprel 2026 17:02

    Nepalda tarixi fəlakət: 25 aprel zəlzələsi və onun ağır nəticələri

    25 Aprel 2026 04:00

    Yunanıstanda zəlzələ - Türkiyə sahillərində hiss olundu

    24 Aprel 2026 10:48

    Türkiyədə 4,3 bal gücündə zəlzələ olub

    22 Aprel 2026 19:05

    Türkiyədə məktəb hücumlarından sonra genişmiqyaslı əməliyyat keçirilib

    21 Aprel 2026 18:55

    Yaponiyada 7,4 bal gücündə zəlzələ olub

    20 Aprel 2026 12:11

    Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

    17 Aprel 2026 17:19

    Türkiyədə dezinformasiya yayan 200 yaxın şübhəli müəyyən edilib

    16 Aprel 2026 17:46

    Türkiyədə yeniyetmənin məktəbdə törətdiyi silahlı hücum nəticəsində doqquz nəfər həlak olub

    15 Aprel 2026 19:17
    XƏBƏR LENTİ

    Ərdoğan masaları çevirir - Avropa Türkiyəyə niyə ehtiyac duyur?

    Süni intellekt insan duyğularını anlayırmı? - Marketinqdə istifadəsi nə qədər etikdir?

    Fələstin Azadlıq Təşkilatı necə yarandı və Fələstin siyasətində hansı rol oynadı?

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.