Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    NATO Ankara Zirvəsi zamanı axtarışda olan 4 mindən çox insan saxlanılıb

    9 İyul 2026 11:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    NATO Ankara Zirvəsi zamanı axtarışda olan 4 mindən çox insan saxlanılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    NATO-nun Ankarada keçirilən Zirvə toplantısı çərçivəsində həyata keçirilən təhlükəsizlik tədbirləri zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 4 412 nəfər saxlanılıb.

    VOA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib.

    Nazirin sözlərinə görə, Ankara sammiti həm diplomatik, həm də təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyıb və tədbirdə 41 ölkədən dövlət və hökumət başçıları iştirak ediblər.

    Mustafa Çiftçi qeyd edib ki, sammitin təhlükəsizliyinin təmin olunmasına ümumilikdə 56 min polis və jandarma əməkdaşı cəlb edilib. Hazırlıq işlərinə aylar əvvəl başlanılıb, Ankara və ətraf vilayətlər üzrə xüsusi təhlükəsizlik planı hazırlanıb.

    Onun sözlərinə görə, kibertəhlükəsizlik və terrorla mübarizə bölmələri sammitdən bir ay əvvəl fəaliyyətə başlayıb, son 72 saat ərzində isə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

    Nazir bildirib ki, paytaxt Ankarada dövlət qurumlarının əməkdaşlarına inzibati məzuniyyət verilib ki, şəhərdə nəqliyyatın sıxlığı azalsın.

    "Şükürlər olsun ki, sammit heç bir ciddi insident olmadan başa çatdı. Ankara sakinlərinə göstərdikləri anlayış və dəstəyə görə təşəkkür edirəm", – deyə Mustafa Çiftçi vurğulayıb.

    #Ankara #Türkiyə Daxili İşlər Nazirliyi #NATO #Mustafa Çiftçi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

    28 Avqust 2026 16:32

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    27 Avqust 2026 21:54

    CIA rəhbərinin Moskva səfərinin əsl məqsədi nə idi? ABŞ Rusiyaya xəbərdarlıq edib

    27 Avqust 2026 16:25

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:56

    NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov

    25 Avqust 2026 14:49

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    25 Avqust 2026 10:56

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11
    XƏBƏR LENTİ

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    İslam memarlığının 8 şah əsəri hansılardır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.