Oktyabrın 2-də Marmara Dənizinin açıq sularında 5 bal gücündə zəlzələ baş verib. Zəlzələ Tekirdağ şəhər mərkəzi və rayonlarında, həmçinin İstanbul və ətraf əyalətlərdə hiss olunub. Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya zəlzələ ilə bağlı sosial şəbəkədə, açıqlamasında bildirib ki, Fəlakət və Təcili Vəziyyətlər İdarəsi (AFAD) və əlaqədar qurumların bütün briqadaları sahə yoxlamalarına başlayıb.
#uşaqlarda zəlzələ qorxusu
Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində 31 avqust bazar gecəsi baş verən 6 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2 min 205-ə yüksəlib. ToloNewsun Əfqanıstanın müvəqqəti hökumətinin sözçü müavini Həmdullah Fitratın açıqlamasına istinadən verdiyi xəbərə görə, Kunar vilayətində baş verən zəlzələ ilə bağlı ölən və yaralananların son sayı açıqlanıb. Buna əsasən, zəlzələ nəticəsində ölənlərin sayı 2 min 205-ə, yaralananların sayı isə 3 min 640-a çatıb.
Əfqanıstanın Kunar vilayətində baş verən 6 bal gücündə zəlzələ fəlakəti ilə əlaqədar, Türkiyə AFAD və Qızıl Aypara Cəmiyyəti tərəfindən hazırlanan humanitar yardım vasitələrini Əfqanıstana göndərib. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Hərbi Hava Qüvvələrinə məxsus A400M tipi kargo təyyarəsi Kayseri-Erkilet Hava Limanından havalanaraq, yardım yükünü çatdırmaq üçün yola düşüb. Yerli rəsmilər zəlzələnin ölkədəki ən güclü təbii fəlakətlərdən biri olduğunu bildiriblər. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumatına əsasən, zəlzələ 1 sentyabrda Əfqanıstan-Pakistan sərhədi yaxınlığında, Celalabadın 27 km şimal-şərqində, 8 km dərinlikdə baş verib.
Əfqanıstanda Pakistan sərhədinə yaxın yerləşən Kunar vilayətində 31 avqustda 6 bal gücündə zəlzələ baş verib. Yer səthindən 8 kilometr dərinlikdə qeydə alınan zəlzələdə 800-dən çox insan həlak olub, 3 mindən çox insan isə yaralanıb. Əsas zəlzələdən sonra ən azı doqquz afterşok (təkrar zəlzələ) baş verib. Ən güclüsü 5.2 bal olan bu afterşoklar gecə boyu təşvişə səbəb olub. Kunar Təbii Fəlakətlərin İdarəolunması İdarəsi bildirib ki, Nur Qol, Soki, Vatpur, Manogi və Çapədarə rayonları zəlzələdən ən çox zərər görən bölgələrdir. Əfqanıstan Müdafiə Nazirliyi axtarış-xilasetmə işləri üçün azı 40 hava dəstəyi uçuşunun həyata keçirildiyini açıqlayıb. Taliban rəsmiləri və Birləşmiş Millətlər Təşkilatı da ciddi zərər görmüş ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına başlayıb. Nəqliyyatın çətin olduğu dağlıq ərazilərdə kəndlilər dağıntıların aradan qaldırılmasına öz imkanları ilə qoşulublar. Əfqanıstanda əhalinin böyük hissəsi uçma təhlükəsi olan bir və ya iki mərtəbəli, palçıqdan tikilmiş evlərdə yaşayır. Əfqanıstan aktiv fay xətləri üzərində yerləşdiyi üçün tez-tez dağıdıcı zəlzələlərlə üzləşir. 2023-cü ildə baş vermiş 6.3 bal gücündə zəlzələdə azı 2 min insan həyatını itirmişdi.
Türkiyənin Balıkesir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 11:26-də (Bakı vaxtı ilə 12:26) baş verib. Yeraltı təkanların ocağı daha əvvəl baş verən 6 bal gücündə zəlzələnin qeydə alındığı Sındırqı rayonunda yerləşib, dərinliyi isə 6,72 kilometr olub. Qeyd edək ki, Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.
Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 237 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.
Hadisə bölgəsində hələlik can və mal itkisi ilə bağlı rəsmi açıqlama verilməyib. Yerli hakimiyyət orqanları və fövqəladə hallar xidmətləri vəziyyəti izləyir.