Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Fidan və Sisi Qəzza mövzusunu müzakirə edəcək

    8 Avqust 2025 10:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fidan və Sisi Qəzza mövzusunu müzakirə edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək. Nazir Fidanın bu səfər çərçivəsində Misir Prezidenti Sisinin onu qəbul edəcəyi də gözlənilir.

    AzerVoice xəbər verir ki, nazir Fidanın Misirə bu dəfəki səfəri çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli məsələlər və regional inkişaflarla bağlı fikir mübadiləsi aparılacağı, iki ölkə arasında çoxşaxəli əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsinə yönəlmiş konkret addımların müzakirə ediləcəyi gözlənilir.

    İkitərəfli görüşlərdə Həmas ilə İsrail arasında Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə aparılan atəşkəs danışıqlarının son vəziyyətinə dair qiymətləndirmələrin paylaşılması, Qəzzaya humanitar yardımların fasiləsiz çatdırılmasına yönəlmiş birgə səylərin müzakirə olunması da planlaşdırılır.

    İsrailin iki dövlətli həllə qarşı yönəlmiş addımlarının və Qəzzanı ilhaq etməyə yönəlmiş son təşəbbüslərinin regional sülh və sabitlik üçün ən böyük maneə olduğunu vurğulaması, Türkiyənin də iştirak etdiyi və 2025-ci il iyulun 28-30-da Nyu-Yorkda keçirilmiş Fələstin mövzusunda Beynəlxalq Konfransın nəticələrinin qiymətləndirilməsi, eləcə də Liviya, Sudan və Somali başda olmaqla Şimali və Şərqi Afrika ilə Sahel bölgəsindəki çağırışların və iki ölkənin regional sabitliyə töhfələrinin müzakirə olunması da gözlənilir.

    Qeyd edək ki, nazir Fidan sonuncu dəfə 2025-ci il martın 23-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – Ərəb Liqası Qəzza Əlaqə Qrupunun iclasında iştirak etmək məqsədilə Qahirəyə səfər etmişdi. Misirin xarici işlər naziri Əbdülati isə 2025-ci il fevralın 4-də ikitərəfli səfər çərçivəsində Türkiyəyə gəlmişdi.

    Hər iki nazir 2025-ci il iyunun 20-21-də İstanbulda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası çərçivəsində görüşmüşdü.

    #Qəzza #İsrail #Qəzza zolağı #Hakan Fidan #Misir #Türkiyə XİN #Ərəb Liqası #HƏMAS #İƏT #Əbdülfəttah əs-Sisi #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Türkiyədə Misir şirkətləri 2025 #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    3 Sentyabr 2026 22:29

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    3 Sentyabr 2026 22:01

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    3 Sentyabr 2026 21:03

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    3 Sentyabr 2026 20:59

    İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

    3 Sentyabr 2026 18:44

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    3 Sentyabr 2026 18:19

    İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

    3 Sentyabr 2026 18:16

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    3 Sentyabr 2026 16:48

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    3 Sentyabr 2026 16:08

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    3 Sentyabr 2026 16:03

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    3 Sentyabr 2026 09:48

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.