Fənərbağça, İngiltərə Premyer Liqasının nəhənglərindən Mançester Siti ilə braziliyalı qapıçı Edersonun transferi üçün razılığa gəlib. Edersonun yaxın günlərdə İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı gözlənilir.
#Trendyol Superliqası
Beşiktaş klubu, təcrübəli baş məşqçi ilə 2 illik müqavilə bağlandığını açıqlayıb. Trendyol Super Liqanın komandalarından Beşiktaş, Ole Gunnar Solskjaer-in boşalttığı baş məşqçi yerinə Sergen Yalçını təyin edib. Qara-ağlı komanda, UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində səfərdə 1-1 bərabərə qaldığı Lausanne-ı evində 1-0 məğlub edərkən, matçdan sonra norveçli texniki direktor Ole Gunnar Solskjaer ilə yollarını ayırmışdı.
Fənərbağça artıq Real Madridə Luninlə bağlı rəsmi məktub göndərib. Məktubda qapıçının müqavilə şərtləri və transfer imkanları barədə məlumat tələb olunub. Mourinyo transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış Madrid klubunun mövqeyini yoxlamaqda israrlıdır
Fənərbağça, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə Portuqaliyanın Benfika komandası ilə səfərdə qarşılaşacaq. İstanbulda, Kadıköy stadionunda oynanan ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. Bu oyunun qalibi turnirin qrup mərhələsinə vəsiqə qazanacaq. Estadio da Luz stadionunda keçiriləcək qarşılaşma avqustun 28-də, saat 23:00-da başlayacaq. Oyun TRT 1 kanalında canlı yayımlanacaq. Matçı Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək. Ona köməkçilər olaraq Tomaz Klancnik və Andaz Kovaçiç təyin olunub. Qeyd edək ki, Vinçiç ötən mövsüm Trendyol Super Liqasında keçirilən Qalatasaray–Fənərbağça derbisini də idarə etmişdi.
Beşiktaş, İtaliyanın Atalanta klubundan hücumçu El Bilal Toure-ni icarəyə götürmək üçün danışıqlara başladığını açıqlayıb. Ötən mövsümü Almaniyanın Ştutqart klubunda icarə əsasında keçirən Toure 17 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fənərbağça, Meksika millisinin kapitanı və Vest Ham Yunatedin yarımmüdafiəçisi Edson Alvarezi 2025–2026 mövsümünün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb. Təcrübəli yarımmüdafiəçi imza mərasimindən sonra hisslərini bölüşüb.
Manuel Akanjinin Mançester Sitidən ayrılmağa tələsmədiyi və digər təklifləri də dəyərləndirmək niyyətində olduğu vurğulanır. Qalatasaray isə həm klub, həm də oyunçu ilə danışıqları davam etdirərək transfer şərtlərinin yumşaldılmasına çalışır
Məhşur futbol jurnalisti Fabrizio Romano bildirib ki, Alvarez bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək. Vest Hem cəmi iki il əvvəl onun transferinə 35 milyon funt sterlinq (təxminən 47 milyon dollar) xərcləmişdi. Lakin yeni baş məşqçi Qrem Potterin planlarında meksikalı futbolçuya yer tapılmır.
Porto rəhbərliyi Qalatasarayın təklifini oyunçunun real dəyərindən çox aşağı hesab edərək danışıqlar aparmaqdan imtina edib. Yeni baş məşqçi Françesko Fariolinin komandasında əsas fiqur olan Kostanın satılması gündəmdə deyil.
Türkiyə təmsilçisi Fənərbağça, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliyanın Benfika klubu ilə qarşılaşacaq. Komandalar sonuncu dəfə 2018-ci ildə qarşı-qarşıya gəliblər. İki oyunun nəticəsinə görə 2-1 hesabı ilə qalib gələn Benfika növbəti mərhələyə keçmişdi.
Türkiyə Super Liqasının yeni mövsümündə ilk turda Alanyasporla qarşılaşması təxirə salınan Fenerbahçe, liqadakı ilk oyununu İzmir səfərində keçirəcək. Sarı-lacivərdlilər Göztepe ilə Gürsel Aksel Stadionunda üz-üzə gələcək.Görüş bu gün saat 21:30-da start götürəcək. Oyun Yasin Kolun idarəçiliyi ilə baş tutacaq. Ona yan xətt hakimləri olaraq Ceyhun Sesigüzel və Mehmet Kısal kömək edəcək.Fenerbahçe ötən mövsüm Super Liqanı ikinci sırada tamamlayaraq UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində oynamaq hüququ qazanmışdı. Klub ilk rəsmi oyununu Hollanda təmsilçisi Feyenoorda qarşı keçirmişdi.
Türkiyə Futbol Federasiyasının statistikalarına əsasən, Süper Liq tarixində ən çox xal toplayan komandalar siyahısı yenilənib. Siyahıya 4438 xalla Fenerbahçe klubu liderlik edir. Sarı-lacivərtliləri 4401 xalla Galatasaray, 4215 xalla isə Beşiktaş izləyir. Dördüncü pillədə 3035 xalla Trabzonspor, beşinci sırada isə 2191 xalla Bursaspor qərarlaşıb. Ankaragücü 2176 xalla altıncı, Gençlerbirliği 2071 xalla yeddinci sıradadır.