Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Mourinyo Real Madridin qapıçısını heyətinə qatmaq istəyir

    27 Avqust 2025 17:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mourinyo Real Madridin qapıçısını heyətinə qatmaq istəyir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Fənərbağçanın baş məşqçisi Joze Mourinyo, Real Madrid-in ehtiyat qapıçısı Andriy Lunini heyətinə qatmaq istəyir.

    AzerVoice xəbər verir ki, portuqaliyalı mütəxəssis Dominik Livakoviçin İstanbulda gözləntiləri doğrultmaması səbəbindən yeni qapıçı axtarışına çıxıb.

    Real Madriddə Tibo Kurtuanın kölgəsində qalan 25 yaşlı ukraynalı qapıçı uzunmüddətli perspektivdə kral klubunda qalmaq istəsə də, Mourinyo ona əsas heyət qapıçısı statusu vəd edərək İstanbul klubuna transfer etməyə çalışır.

    Fənərbağça artıq Real Madridə Luninlə bağlı rəsmi məktub göndərib. Məktubda qapıçının müqavilə şərtləri və transfer imkanları barədə məlumat tələb olunub. Mourinyo transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış Madrid klubunun mövqeyini yoxlamaqda israrlıdır.

    Luninin transferində təkcə Fənərbağça yox, Galatasaray da maraqlı tərəf kimi göstərilir. “Sarı-qırmızılılar” uzun illərdir qapısını qoruyan Fernando Musleraya alternativ axtarır. Onların əsas hədəfləri Ederson, Yann Sommer və Coştin Lammers olsa da, Lunin də ehtimal variantlar sırasında saxlanılır.

    Madrid klubu isə Luninlə yolları ayırmaqda tərəddüd edir. Rəhbərlik onu Kurtuanın mümkün zədələnmələri üçün “sığorta” hesab edir.

    Ukraynalının ayrılması halında, Real Madrid transfer pəncərəsinin son günlərində yeni qapıçı axtarmaq məcburiyyətində qala bilər ki, bu da riskli addım kimi qiymətləndirilir.

    #Türkiyə #Ukrayna #İspaniya #Fənərbağça #Real Madrid #Trendyol Superliqası #İspaniya La Liqası #Joze Mourinyo #Türkiyə Super Liqası #Andriy Lunin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb - XİN

    18 İyul 2026 19:41

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    18 İyul 2026 13:11

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    DÇ-2026 finalını idarə edəcək hakim müəyyənləşib

    17 İyul 2026 10:34

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    16 İyul 2026 20:49

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22
    XƏBƏR LENTİ

    Əsədullahil-qalib – Allahın qalib şiri: Həzrəti Əlinin elmi, səxavəti, qəhrəmanlıqları və şəhadəti

    Ahbap Fondu ilə bağlı istintaqda Oğuzhan Uğur dindirilib

    Bahçeli Aİ-nin KKTC ilə bağlı mövqeyini tənqid edib: Qərarlar Brüsseldə verilə bilməz

    BookHub təqdim edir: Qafqaz əsiri - İradənin və bəşəri mərhəmətin dastanı

    Linuxda vaxt və saat tənzimləməsi - Date və timedatectl dərsləri

    Bərdədən Səmərqəndə uzanan elmi yol: Hədis hafizi Əbu Əli Bərdəi

    Bitkilərin cinsiyyəti varmı?

    Allied – Müharibənin kölgəsində eşq və xəyanət imtahanı

    Şam işığında yaranan anatomiya və gizli güzgü yazısı: Leonardo da Vinçinin şok bioqrafiyası

    Türkiyədə ümumilikdə 2 milyondan çox vətəndaş yaşayış yerini dəyişib - TÜİK

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.