#Trendyol Superliqası

Bu mövsüm 68-ci yaşına qədəm qoyacaq – əvvəllər "Türkiyə 1-ci Futbol Liqası", son illərdə isə "Süper Liqa" adı ilə tanınan yarışın indiyə qədər qeydə alınan ən erkən qolu, 2021–2022 mövsümündə Gaziantep FK futbolçusu Muhammet Demir tərəfindən vurulub. 2021–2022 mövsümünün 6-cı turunda, 22 sentyabr 2021-ci ildə Kalyon Stadionunda keçirilən Gaziantep FK – Medipol Başakşehir (1:0) qarşılaşmasının cəmi 10-cu saniyəsində qapını dəqiq nişan alan Muhammet Demir, liqa tarixində indiyədək vurulmuş ən erkən qolu qeydə alıb.

Beşiktaş, Leicester City-dən nigeriyalı yarımmüdafiəçi Wilfred Ndidi-ni 8 milyon avroya transfer etdiyini açıqlayıb. David Jurasek, Tammy Abraham və Orkun Kökçüdən sonra Beşiktaş daha bir transferdə istədiyinə nail olub. Qara-ağlılar, orta xəttini nigeriyalı futbolçu Wilfred Ndidi ilə gücləndirdi. Beşiktaş tərəfindən verilən açıqlamada bildirilib "Peşəkar futbolçu Wilfred Onyinye Ndidi-nin transferi ilə bağlı klubu və özü ilə razılıq əldə olunub. Leicester City Football Club Limited klubuna ümumi transfer haqqı olaraq 8.000.000 avro ödənəcəkdir."

Qalatasaray Mauro İkardinin mövsüm sonunda başa çatacaq müqaviləsini 2 il daha uzatmağı planlaşdırır. Qalatasarayda yaşadığı zədə səbəbilə ötən mövsümün böyük hissəsində forma geyinməyən Argentina əsilli hücumçu Mauro İkardinin komandadakı gələcəyi ilə bağlı yeni inkişaflar yaşanır. Qalatasarayda klub prezidenti Dursun Özbek və idarə heyəti komandanın ulduz hücumçularından olan Mauro İkardi ilə yeni müqavilə imzalamaq üçün hərəkətə keçəcək.

Fənərbaxça, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Hollandiya təmsilçisi Feyenoordun qonağı olacaq. De Kuip Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İsveç Futbol Federasiyasından Glenn Nyberg hakimlik edəcək, eyni ölkədən Mahbod Beigi və Andreas Söderkvist isə köməkçi hakimlər kimi fəaliyyət göstərəcəklər.