Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qətər ordusu ölkəyə qarşı təşkil olunan raket hücumunun qarşısını alıb

    14 Mart 2026 09:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qətər ordusu ölkəyə qarşı təşkil olunan raket hücumunun qarşısını alıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Qətər Müdafiə Nazirliyi ölkənin hava məkanını və təhlükəsizliyini hədəf alan ciddi bir təhdidin qarşısının alındığını rəsmən açıqlayıb.

    VOA xəbər verir ki, nazirliyin ABŞ mərkəzli "X" sosial media platformasındakı rəsmi hesabı vasitəsilə yayılan bəyanatda bildirilir ki, Qətər Silahlı Qüvvələri ölkə ərazisinə yönəlmiş raket hücumunu uğurla dəf edib. Müdafiə sistemlərinin vaxtında müdaxiləsi nəticəsində raket hədəfə çatmadan zərərsizləşdirilib. Nazirlik hadisənin təfərrüatları barədə hələlik əlavə məlumat verməyib.

    Bu hadisə Yaxın Şərqdə davam edən genişmiqyaslı hərbi qarşıdurmalar fonunda baş verib. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra regionda vəziyyət kəskinləşib.

    İran tərəfi bu hücumlara cavab olaraq təkcə İsraili deyil, həm də ABŞ bazalarının yerləşdiyi Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrdəki müəyyən hədəfləri vurduğunu bəyan edib.

    Son məlumatlara görə, ABŞ-İsrail hücumları nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xameneyi də daxil olmaqla, bir çox yüksək rütbəli rəsmi şəxs həyatını itirib. İran rəsmilərinin açıqlamasına əsasən, hücumlar nəticəsində ölənlərin sayı 1348-i keçib, 17 mindən çox insan isə yaralanıb.

    #Küveyt #BƏƏ #ABŞ #Qətər #İsrail və İran gərginliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24

    İranla maliyyə əlaqələrini davam etdirən banklar cavab verəcək - Skott Bessent

    28 Avqust 2026 21:25

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    28 Avqust 2026 21:13

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    28 Avqust 2026 20:36

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    28 Avqust 2026 20:32

    Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir

    28 Avqust 2026 20:10

    ABŞ-nin İrana qarşı dəniz mühasirəsi tam qüvvəsi ilə davam edir - Ağ Ev

    28 Avqust 2026 20:06

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

    28 Avqust 2026 18:36

    Pakistan və Küveyt yeni müdafiə sazişi imzalayıb

    28 Avqust 2026 18:19

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Regional ölkələr İran müharibəsindən çıxış yolunu danışıqlarda görür

    28 Avqust 2026 18:08
    XƏBƏR LENTİ

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    İctimai birliyə zərər vuran hər bir hərəkət qadağandır - Müctəba Xamenei

    İranla maliyyə əlaqələrini davam etdirən banklar cavab verəcək - Skott Bessent

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.