Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Səudiyyə Ərəbistanı İsrailin Suriyaya zərbələrini kəskin pisləyib

    21 Mart 2026 13:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyə Ərəbistanı İsrailin Suriyaya zərbələrini kəskin pisləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Səudiyyə Ərəbistanı bu gün İsrailin Suriyanın cənubundakı hərbi obyektləri hədəf alan zərbələrini pisləyən bəyanat yayıb.

    VOA xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyi bu hücumları "açıq təcavüz" və 1974-cü il qoşunların ayrılması haqqında razılaşmanın pozulması adlandırıb.

    Rəsmi Ər-Riyad beynəlxalq birliyi müdaxilə etməyə və İsrailin beynəlxalq hüquq normalarını pozmasına son qoymağa çağırıb. Bəyanatda həmçinin Səudiyyə Ərəbistanının Suriya Ərəb Respublikası ilə həmrəy olduğu, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün atılan bütün addımları dəstəklədiyi vurğulanıb.

    İsrail ordusu isə cümə günü Suriyanın cənubuna endirilən zərbələrin Süveydə vilayətindəki dürzi icmasına qarşı edilən hücumlara cavab olduğunu bildirib.

    Misir, Küveyt, İordaniya, Qətər və Türkiyə də daxil olmaqla digər regional ölkələr də hücumları pisləyən bəyanatlar yayıblar. Misir Xarici İşlər Nazirliyi bu gərginliyin regional təhlükəsizliyə qarşı təhlükəli bir etinasızlıq olduğunu və Yaxın Şərqi daha böyük xaosa sürükləyə biləcəyini xəbərdar edib. Türkiyə isə İsrailin hücumlarını "təhlükəli eskalasiya" kimi qiymətləndirərək dünya ictimaiyyətini bu hücumları dayandırmağa səsləyib.

    #İsrail #Səudiyyə Ərəbistanı #Misir #Qətər #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    1 Sentyabr 2026 03:00

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    31 Avqust 2026 12:43

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    31 Avqust 2026 12:27
    XƏBƏR LENTİ

    Dayanıqlı sülhə doğru Bişkek addımı - Bakı və İrəvan Vaşinqton razılaşmalarını inkişaf etdirməyə davam edir

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.