#Misir

Misir Prezidenti Əbdülfəttah əs-Sisi çərşənbə günü bildirib ki, Fələstin məsələsi Yaxın Şərqdə hələ də “prioritetlərin önündə” dayanır. Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxış edən Misir lideri vurğulayıb ki, Fələstin məsələsinin həlli regional sabitliyin əsas şərti və ədalətli, hərtərəfli sülhün əldə olunması üçün mühüm təməl hesab olunur. Əs-Sisi ABŞ Prezidenti Donald Trampın Qəzzada İsrail–HƏMAS müharibəsini dayandıran atəşkəsin əldə olunması istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirib. Qeyd edək ki, sözügedən atəşkəs ötən ilin oktyabr ayında əldə olunub.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Misirə xalça ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz azalaraq, 1 milyon 310 min 1 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Misirə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz azalaraq, 82 min 7 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.

Somali Prezidenti Həsən Şeyx Mahmud cümə günü Somaliland tərəfindən iddia edilən mühüm vilayət mərkəzinə səfər edib. Bu, son 40 ildən çox müddətdə bir Somali prezidentinin həmin bölgəyə etdiyi ilk səfər kimi tarixə düşüb. Sool bölgəsinin inzibati mərkəzi olan Las Anod şəhərinə edilən bu səfər, İsrailin Somalilandı rəsmən tanımasından sonra Afrika Buynuzunda diplomatik gərginliyin artdığı bir dövrə təsadüf edir.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampın Misir və Efiopiya arasında Nil çayı suları ilə bağlı yaranmış mübahisəni həll etmək üçün təqdim etdiyi vasitəçilik təklifini yüksək qiymətləndirdiyini bildirib. Şənbə günü sosial media hesabı vasitəsilə açıqlama verən Sisi, Trampın məktubuna cavab olaraq Misirin mövqeyini və Efiopiyanın "Böyük Efiopiya İntibah Bəndi" (GERD) layihəsi ilə bağlı su təhlükəsizliyi qayğılarını bir daha təsdiqlədiyini qeyd edib.

Səudiyyə Ərəbistanının Qahirədəki səfirliyində Krallığın Misir və Fələstinə qurbanlıq ət paylarının təhvil verilməsi ilə bağlı rəsmi mərasim keçirilib. Səudiyyə Ərəbistanının Misirdəki səfir müavini Xalid bin Hammad əş-Şəmmari tərəfindən idarə olunan mərasimdə Misir və Fələstinin hər birinə 30 min ədəd qurbanlıq heyvan payı təqdim edilib. Bu humanist aksiya Məkkə Şəhəri və Müqəddəs Yerlər üzrə Kral Komissiyası tərəfindən idarə olunan qurbanlıq heyvanlardan istifadə layihəsi çərçivəsində həyata keçirilib. Təhvil-təslim zamanı Fələstinin Qahirədəki səfiri Diab əl-Louh və Misir tərəfinin rəsmi nümayəndələri iştirak ediblər.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Misirə avtomobil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 279 milyon 641 min 61 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Misirə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz artaraq, 22 milyon 390 min 68 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 41 milyard 521 milyon 96 min dollara bərabər olub.

Sudanda sülhün bərpası və beynəlxalq səylərin əlaqələndirilməsi məqsədilə Misirdə keçirilən yüksək səviyyəli görüşdə Türkiyə müşahidəçi statusunda təmsil olunub. Türkiyə Xarici İşlər Nazirliyindən alınan məlumata görə, Qahirədə Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq çərçivəsində "Sudanda Sülh Təşəbbüsləri və Səylərin Koordinasiyasının Təkmilləşdirilməsinə dair Beşinci Məşvərət Zirvəsi" keçirilib. Bu diplomatik tədbirdə Türkiyəni xarici işlər nazirinin müavini, səfir Musa Kulaklıkaya təmsil edib.

Qəzza sektorunu idarə edəcək müvəqqəti komitənin tərkibi ilə bağlı bütün tərəflər arasında razılıq əldə olunub. Bunu Misirin xarici işlər naziri Abdel Ati açıqlayıb. Nazirin sözlərinə görə, komitə bütün fələstinli fraksiyalar tərəfindən dəstəklənən 15 nəfərdən ibarət olacaq. Yaxın vaxtlarda strukturun rəsmi şəkildə elan ediləcəyi və Qəzzada gündəlik həyatın təşkili, eləcə də əsas xidmətlərin təmin olunması istiqamətində fəaliyyətə başlayacağı gözlənilir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərqdə “Müsəlman Qardaşları” (“İxvan”) hərəkatının üç qolunu terror təşkilatları kimi tanımaqla bağlı verdiyi vədi yerinə yetirib və onlara, eləcə də üzvlərinə qarşı sanksiyalar tətbiq edib. ABŞ-ın Xəzinədarlıq və Dövlət departamentləri çərşənbə axşamı yaydıqları birgə açıqlamada “İxvan”ın Livan, İordaniya və Misirdəki strukturlarına qarşı məhdudlaşdırıcı tədbirlərin qüvvəyə mindiyini bildirib. Qeyd olunub ki, bu qurumlar ABŞ və onun regional maraqları üçün təhlükə yaradır.

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin silahlar üzərində dövlət inhisarının bərpa edilməsi ilə bağlı planın ikinci mərhələsini həyata keçirməkdə qərarlı olduğunu bildirib. Bazar ertəsi günü Beyrutda atəşkəs rejiminə nəzarət edən beşlik komitəsinin (ABŞ, Fransa, Səudiyyə Ərəbistanı, Qətər və Misir) səfirləri ilə görüşən Baş nazir bu istiqamətdəki qətiyyətini ifadə edib. Planın fevral ayında başlayacaq ikinci mərhələsi Əl-Litani çayından şimalda yerləşən əraziləri əhatə edəcək. Çaydan cənubdakı əraziləri əhatə edən birinci mərhələnin isə artıq tamamlanmaq üzrə olduğu bildirilir.