Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Donald Tramp Misir və Efiopiya arasındakı Nil suları mübahisəsində vasitəçilik etməyə hazır olduğunu bildirib

    17 Yanvar 2026 14:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Donald Tramp Misir və Efiopiya arasındakı Nil suları mübahisəsində vasitəçilik etməyə hazır olduğunu bildirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampın Misir və Efiopiya arasında Nil çayı suları ilə bağlı yaranmış mübahisəni həll etmək üçün təqdim etdiyi vasitəçilik təklifini yüksək qiymətləndirdiyini bildirib.

    AzerVoice xəbər verir ki, şənbə günü sosial media hesabı vasitəsilə açıqlama verən Sisi, Trampın məktubuna cavab olaraq Misirin mövqeyini və Efiopiyanın "Böyük Efiopiya İntibah Bəndi" (GERD) layihəsi ilə bağlı su təhlükəsizliyi qayğılarını bir daha təsdiqlədiyini qeyd edib. Donald Tramp həm Sisiə ünvanladığı, həm də özünün "Truth Social" hesabında paylaşdığı məktubunda bu ifadələrə yer verib: "Nil sularının paylaşılması məsələsini birdəfəlik və məsuliyyətli şəkildə həll etmək üçün Misir və Efiopiya arasında ABŞ-ın vasitəçiliyini yenidən başlatmağa hazıram."

    Efiopiyanın 9 sentyabrda Nil çayının qolu üzərində inşa etdiyi 5 milyard dollar dəyərindəki GERD bəndinin açılışını etməsi, çayın aşağı axınında yerləşən Qahirənin sərt narazılığına səbəb olub. Əddis-Əbbəbə bu bəndi ölkənin iqtisadi inkişafı üçün mərkəzi amil hesab etsə də, Misir layihənin beynəlxalq müqavilələri pozduğunu, həm quraqlığa, həm də daşqınlara səbəb ola biləcəyini iddia edir.

    Çayın aşağı axınındakı digər ölkə olan Sudan da öz su təchizatı və bəndlərinin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib. Sudanın ordu rəhbəri Əbdülfəttah əl-Burhan da şənbə günü verdiyi açıqlamada Trampın vasitəçilik təklifini alqışladığını bildirib.

    #Misir #Donald Tramp #Əbdülfəttah əs-Sisi #Efiopiya #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın iddiaları #Trampın Avropa siyasəti #Donald Tramp 2025 siyasəti #Efiopiyada humanitar böhran #Efiopiya böhranı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    1 Sentyabr 2026 18:30

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    1 Sentyabr 2026 03:00

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    31 Avqust 2026 18:29

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    30 Avqust 2026 22:00
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.