#Misir

Səudiyyə Ərəbistanı bu gün İsrailin Suriyanın cənubundakı hərbi obyektləri hədəf alan zərbələrini pisləyən bəyanat yayıb. Krallığın Xarici İşlər Nazirliyi bu hücumları "açıq təcavüz" və 1974-cü il qoşunların ayrılması haqqında razılaşmanın pozulması adlandırıb. Rəsmi Ər-Riyad beynəlxalq birliyi müdaxilə etməyə və İsrailin beynəlxalq hüquq normalarını pozmasına son qoymağa çağırıb. Bəyanatda həmçinin Səudiyyə Ərəbistanının Suriya Ərəb Respublikası ilə həmrəy olduğu, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün atılan bütün addımları dəstəklədiyi vurğulanıb.

Misir dövlət mediası və Qırmızı Aypara rəsmisinin verdiyi məlumata görə, Qəzzanın Misirlə sərhədindəki keçid məntəqəsi cümə axşamı günü məhdud sayda insan üçün yenidən açılıb. Bu, İsrail və ABŞ-ın İrana zərbələr endirməsindən bəri ilk belə haldır. AFP-yə anonim açıqlama verən Misir Qırmızı Aypara rəsmisi Rəfah keçid məntəqəsinin hər iki istiqamətdə fəaliyyətini bərpa etdiyini bildirib. Bu, fələstinli xəstələrin Misirə keçməsinə, Misirdə qalan fələstinlilərin isə Qəzzaya qayıtmasına imkan verəcək. Misir kəşfiyyatına yaxınlığı ilə bilinən "Al-Qahera News" telekanalı Misir tərəfində tibbi müalicə alan fələstinlilərin Qəzzaya qayıtmaq üçün hazırlaşdıqlarını göstərən görüntülər yayımlayıb.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Misirə hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 45,3faiz artaraq, 22 milyon 149 min 21 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Misirə hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62,3 faiz artaraq, 11 milyon 902 min 30 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 1 milyard 328 milyon 486 min dollara bərabər olub.

Misir Ərəb Respublikasında Şəriflər İttifaqının sədri Əs-Seyyid Mahmud Əl-Şərif Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovu elm və biliyə xidmət sahəsində səmərəli fəaliyyəti, tolerantlıq dəyərlərinin təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrə görə “Peyğəmbərin Möhürü” ordeni ilə təltif edib.

Avropa Birliyi (AB) Komisyonu 2026-cı il üçün Fələstin, Livan, Suriya, İordaniya və Misirdəki humanitar böhranların aradan qaldırılması məqsədilə təxminən 458 milyon avro məbləğində yardım paketini təsdiqlədiyini açıqlayıb. Komissiyanın yazılı bəyanatında bəzi böyük donorların regiondan çəkilməsi və beynəlxalq humanitar hüququn ciddi təzyiq altında olması fonunda bu dəstəyin kritik əhəmiyyət kəsb etdiyi vurğulanıb. Yardım paketinin ən böyük hissəsi — 210 milyon avro Suriyadakı təcili müdaxilə və mühafizə tədbirlərinə yönəldiləcək.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Misirə mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq, 21 milyon 284 min 70 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Misirə mebel ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz artaraq, 10 milyon 688 min 17 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azalaraq, 1 milyard 162 milyon 36 min dollara bərabər olub.

Misir hökuməti Yaxın Şərqdə genişlənən hərbi gərginlik fonunda ərəb dövlətlərinin suverenliyini və təhlükəsizliyini qorumaq üçün vahid birgə hərbi qüvvənin yaradılması təklifini yenidən gündəmə gətirib. Misirin Xarici İşlər naziri Bədr Abdelatti Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə keçirilən görüşdə regionun hərtərəfli xaos və genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə olduğu barədə xəbərdarlıq edib.

Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə təşkil olunan kurslarda ödənişsiz təhsil alan uşaqlara diplomların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə çıxış edən Cəmiyyətin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, həyata keçirilən bu cür maarifləndirici və mədəni layihələr xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, eləcə də mədəni və elmi əlaqələrin inkişafına mühüm töhfə verir.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Misirə tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 84 milyon 553 min 74 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Misirə tekstil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azalaraq, 41 milyon 683 min 75 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 759 milyon 705 min dollara bərabər olub.

2026-ci ilin yanvar ayında Türkiyədən Misirə polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 70,9 faiz artaraq, 49 milyon 14 min 8 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 1 milyard 84 milyon 607 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 381 milyon 111 min dollar məbləğində polad ixrac edib.