Livanın Baş naziri Nəvaf Salam ölkəsinin silahlar üzərində dövlət inhisarının bərpa edilməsi ilə bağlı planın ikinci mərhələsini həyata keçirməkdə qərarlı olduğunu bildirib. Bazar ertəsi günü Beyrutda atəşkəs rejiminə nəzarət edən beşlik komitəsinin (ABŞ, Fransa, Səudiyyə Ərəbistanı, Qətər və Misir) səfirləri ilə görüşən Baş nazir bu istiqamətdəki qətiyyətini ifadə edib. Planın fevral ayında başlayacaq ikinci mərhələsi Əl-Litani çayından şimalda yerləşən əraziləri əhatə edəcək. Çaydan cənubdakı əraziləri əhatə edən birinci mərhələnin isə artıq tamamlanmaq üzrə olduğu bildirilir.
#Misir
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Misirə tekstil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artaraq, 552 milyon 22 min 55 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Misirə tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artaraq, 50 milyon 967 min 81 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Misirə elektrik avadanlıqları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 242 milyon 624 min 20 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Misirə elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artaraq, 26 milyon 198 min 2 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 17 milyard 731 milyon 750 min dollara bərabər olub.
Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirən “Neftçi” bugün ilk yoxlama oyununa çıxacaq.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bazar günü axşam saatlarında rəsmi səfər çərçivəsində Qahirəyə gedib. Səfər Səudiyyə Ərəbistanı ilə Misir arasında siyasi dialoqun intensivləşməsi fonunda baş tutur. Nazir bazar ertəsi ( bu gün) Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Eyni zamanda, Misirin xarici işlər naziri Bədr Abdelatti ilə ikitərəfli danışıqlar planlaşdırılır.
Amerikalı aktrisa Ancelina Coli Misir və Qəzza zolağı arasındakı sərhəddəki "Rəfah" keçid məntəqəsinə humanitar missiya ilə baş çəkib. Bu barədə Misirin "Al-Youm as-Sabia" informasiya portalı xəbər verib. Məlumata əsasən, səfəri zamanı aktrisa Şimali Sinay qubernatoru Xalid Müqavir ilə görüşüb və onunla birlikdə Qəzza sakinləri üçün humanitar yardım ləvazimatlarının saxlanıldığı Misir Qızıl Aypara Cəmiyyətinin anbarlarına baxış keçirib.
Qahirədə Misir-Azərbaycan Dostluq Mərkəzində 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov, Qahirədə yaşayan soydaşlarımız, Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən bir qrup tələbələr iştirak ediblər.
Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Qahirə marşrutu üzrə ilk çarter reysini yerinə yetirib. Protokola uyğun olaraq, Qahirə Beynəlxalq Hava Limanında təyyarənin ənənəvi su qövsü ilə qarşılanma mərasimi keçirilib. Birbaşa uçuşlar 2026-cı il fevralın 20-dək həftədə bir dəfə olmaqla hər cümə günü həyata keçiriləcək. Sərnişinlər Qahirə Beynəlxalq Hava Limanının 1-ci terminalından yola düşəcəklər.
Misir İsrailin baş naziri Benyamin Netanyahunu oktyabrın 10-da qüvvəyə minmiş Qəzza atəşkəsinin ikinci mərhələsinin icrasına mane olmağa çalışmaq və regionu yeni münaqişəyə sürükləməkdə ittiham edib. Misir Dövlət İnformasiya Xidmətinin rəhbəri Ziya Rəşvan bildirib ki, Netanyahunun məqsədi ABŞ-ın diqqətini İran, Suriya və Livan kimi digər regional məsələlərə yönəldərək atəşkəsi sabotaj etməkdir.
2025-ci ilin yanvar- noyabr aylarında Misirdən Türk limanlarına 9 milyon 787 min 859 ton yük daşınıb. “Bu ilin yanvar- noyabr aylarında Misirdən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 619 min ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. “Bu ilin yanvar- noyabr aylarında Misirdən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 9 milyon 86 min 831 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Misirdən Türkiyəyə Misir bayrağı ilə üzən gəmilərlə 82 min 28 ton yük çatdırılıb.
Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Kömək Mərkəzi (KSrelief) tərəfindən hazırlanan yeni humanitar yardım karvanı çərşənbə günü Rafah sərhəd keçidindən Qəzza zolağına daxil olub. Karvanda böyük miqdarda ərzaq sovqatları yerləşdirilib və onlar Qəzza zolağının cənub-şərq hissəsinə çatdırılacaq. Yardımın çatdırılması Misir Qırmızı Aypara Cəmiyyəti ilə koordinasiya edilir və Səudiyyə xalq kampaniyasının bir hissəsi olaraq Fələstin xalqına dəstək məqsədi daşıyır. Bu yardım həmçinin Qəzza zolağının cənubundakı Al-Qarara və Al-Mawasi bölgələrində Səudiyyə düşərgələrinin qurulması ilə eyni vaxtda həyata keçirilir. Düşərgələr məcburi köçkünlər üçün sığınacaq və qış mövsümü üçün humanitar dəstək təmin edəcək.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz azalaraq, 577 milyon 429 min 95 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Misirə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azalaraq, 48 milyon 542 min 75 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.