Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Şimali Afrika
    Şimali Afrika

    Fələstin məsələsi Yaxın Şərq üçün əsas prioritet olaraq qalır - Sisi

    21 Yanvar 2026 13:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fələstin məsələsi Yaxın Şərq üçün əsas prioritet olaraq qalır - Sisi
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    Misir Prezidenti Əbdülfəttah əs-Sisi çərşənbə günü bildirib ki, Fələstin məsələsi Yaxın Şərqdə hələ də “prioritetlərin önündə” dayanır.

    AzerVoice xəbər verir ki,Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxış edən Misir lideri vurğulayıb ki, Fələstin məsələsinin həlli regional sabitliyin əsas şərti və ədalətli, hərtərəfli sülhün əldə olunması üçün mühüm təməl hesab olunur.

    Əs-Sisi ABŞ Prezidenti Donald Trampın Qəzzada İsrail–HƏMAS müharibəsini dayandıran atəşkəsin əldə olunması istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirib. Qeyd edək ki, sözügedən atəşkəs ötən ilin oktyabr ayında əldə olunub.

    Misir Prezident Administrasiyasının məlumatına görə, Əbdülfəttah əs-Sisi və Donald Trampın Davosda görüşməsi gözlənilir. Bu, ABŞ-ın Qəzzada müharibənin dayandırılması ilə bağlı planının ikinci mərhələsini elan etməsindən sonra iki lider arasında baş tutacaq ilk görüş olacaq.

    Xatırladaq ki, Sisi və Tramp sonuncu dəfə ötən ilin oktyabr ayında Misirin təşəbbüsü ilə İsrail–HƏMAS müharibəsinə son qoymaq məqsədi daşıyan atəşkəs razılaşmasının imzalanması üçün təşkil edilən sammit çərçivəsində Şarm əl-Şeyx kurort şəhərində görüşüblər.

    #Fələstin #Misir #Davos İqtisadi Forumu #Əbdülfəttah əs-Sisi #Yaxın Şərq #Yaxın Şərq münaqişəsi #Yaxın Şərq problemləri #Yaxın Şərq siyasəti #Yaxın Şərq gərginliyi #Yaxın Şərqdə bərpa və investisiyalar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    17 İyul 2026 21:53

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    17 İyul 2026 21:45

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    17 İyul 2026 21:40

    SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-a xəbərdarlıq edib - “Sıfır saat” yaxınlaşır

    17 İyul 2026 21:09

    İsrail ordusunun Livanın cənubunda iki binanı dağıtdığı bildirilir

    17 İyul 2026 20:57

    CENTCOM İranın ABŞ hərbçiləri ilə bağlı iddiasını rədd edib

    17 İyul 2026 20:44

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    16 İyul 2026 22:37

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    16 İyul 2026 22:11

    Vens İsrail hökumətini nədə ittiham edib?

    16 İyul 2026 22:07
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.