#Rusiya

Kreml Sarayının açıqlamasına görə, tərəflər ikitərəfli münasibətləri və 2024-cü ilin iyununda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişi çərçivəsində bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər. Putin, Kimi Koreyanın Yaponiyadan azad edilməsinin 80-ci ildönümü münasibətilə təbrik edib və Kursk bölgəsinin Ukrayna qüvvələrindən azad olunması prosesində göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin Kimi 15 avqustda ABŞ prezidenti Donald Trampla gözlənilən görüşü barədə məlumatlandırıb.

“Axios” nəşri ABŞ rəsmilərinə istinadən, prezident Donald Trampın 15 avqustda Vladimir Putinlə Alyaskada keçirəcəyi görüşdə razılıq əldə olunmazsa, Rusiya iqtisadiyyatını “məhv etməyə” cəhd göstərə biləcəyini bildirib. Məlumata görə, adı açıqlanmayan rəsmi Trampın Putinə hələ də “qəzəbli” olduğunu və diplomatik səylər uğursuz olarsa, Ukraynaya NATO ölkələri vasitəsilə silah axınını davam etdirəcəyini deyib. Ağ Evdə açıqlama verən Tramp isə görüşdən atəşkəs gözlədiyini, müzakirələrin “çox konstruktiv” keçəcəyinə inandığını bildirib.

“The Telegraph” qəzetinin məlumatına görə, London hökuməti Avropa İttifaqı liderlərinə, xüsusilə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas kimi rəsmilərə Ukrayna məsələsində ictimai tələblər irəli sürməməyi tövsiyə edib. Britaniya rəsmiləri hesab edir ki, bu cür çıxışlar ABŞ prezidenti Donald Trampı qəzəbləndirərək Avropanı danışıqlardan kənarda qoya bilər.

Tramp mətbuat konfransında “Vladimir Putinlə danışacağam və ona bu müharibəni bitirməli olduğunu deyəcəyəm” sözlərini səsləndirib, ən qısa zamanda atəşkəs əldə olunmasının vacibliyini vurğulayıb. O, həmçinin Ukrayna prezidenti Zelenskinin ərazi güzəştlərinin konstitusiya təsdiqini tələb etməsi ilə bağlı bəyanatından bir az narahat olduğunu bildirib. Trampın komandası Alyaska sammitinə İkinci Dünya Müharibəsindən sonra Avropanın xəritəsini formalaşdıran Yalta sammiti kimi önəm verir. Bu sammitdə Tramp, Putinlə yanaşı, Avropa məsələlərini müzakirə edəcək.

TVP World-un məlumatına görə, Tusk mətbuat konfransında ABŞ-ın görüş öncəsi avropalı tərəfdaşları ilə məsləhətləşmə vəd etdiyini bildirib.. "Tramp və Putin arasındakı görüşün nəticələrini gözləyəcəyəm. Çoxlu narahatlıqlarım və böyük ümidlərim var", — deyə baş nazir vurğulayıb. Tusk, Avropa liderlərinin birgə bəyanatının Ukrayna sülh danışıqlarında birliyi göstərdiyini qeyd edərək, Ukraynanın prosesə daxil edilməsinin vacibliyini xatırladıb.

Putin avqustun 15-də Alyaskada ABŞ prezidenti Donald Trampla Ukrayna məsələsi və ikitərəfli münasibətləri müzakirə edəcək. Bu, onun 2015-ci ildə BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka getməsindən sonra ABŞ-a ilk səfəri olacaq. Keçmişdə Nikita Xruşşov, Leonid Brejnev, Mixail Qorbaçov, Boris Yeltsin və Dmitri Medvedev ABŞ-a səfər etsələr də, heç biri Alyaskaya getməyib.

Fox News-a müsahibəsində Vance, “Ukrayna müharibəsini maliyyələşdirməkdən yorulmuşuq. Biz bunun sülh yolu ilə həllini tapmaq istəyirik” -deyə bildirib. O, Amerika xalqının da vergi dollarlarının müharibəyə xərclənməsindən bezdiyini, Avropa ölkələrinin isə məsuliyyəti daha çox üzərinə götürməli olduğunu bildirib. Vance, İngiltərə səfərində Avropa tərəfdaşlarına “Bu müharibə sizin qapınıza gəlib. Əgər münaqişəyə bu qədər əhəmiyyət verirsinizsə, maliyyələşdirmədə daha birbaşa rol almalısınız” mesajı verdiklərini qeyd edib.