Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Qərb Fələstinin tanınması üçün addım atmır - Lavrov

    20 Avqust 2025 17:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qərb Fələstinin tanınması üçün addım atmır - Lavrov
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Qərb ölkələri Fələstini tanımaq vədi versələr də, bu prosesin uzadılması nəticəsində yaxın vaxtlarda tanınacaq bir Fələstin dövlətinin belə mövcud olmaya biləcəyi ehtimalı var.

    AzerVoice xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.

    “Bəzi Qərb ölkələri sentyabrda BMT Baş Assambleyasında Fələstini tanıyacaqlarını bildiriblər. Amma o vaxta qədər tanınacaq bir dövlət qalmaya bilər” - deyə, Lavrov bildirib.

    O, Fransa prezidenti Emmanuel Makronun, Böyük Britaniya baş naziri Kir Starmerin və Kanada baş naziri Mark Karninin açıqlamalarını xatırladaraq əlavə edib: “Əgər doğrudan da bu qədər faciələr fonunda Fələstini tanımaq istəyirsinizsə, niyə bunu indi etmirsiniz? Niyə aylarla gözləyirsiniz?”

    Nazir həmçinin vurğulayıb ki, Avropa nə Yaxın Şərqdə, nə də Ukrayna məsələsində ciddi diplomatik təşəbbüs ortaya qoymur.

    Ukrayna ilə bağlı məsələlərə də toxunan Lavrov bildirib ki, Rusiya etibarlı təhlükəsizlik təminatlarının hazırlanmasını dəstəkləyir, lakin Moskvanın iştirakı olmadan hər hansı mexanizmi qəbuledilməz hesab edir. O, danışıqlarda nümayəndə heyətlərinin səviyyəsinin artırılması təklifini də irəli sürdüklərini açıqlayıb.

    Xatırladaq ki, avqustun 18-də ABŞ-da Ukrayna prezidenti Volodimir Zelenski ilə bir sıra Avropa liderlərinin görüşü baş tutub. Lavrovun sözlərinə görə, həmin görüşdən sonra da Avropadan real diplomatik təşəbbüslər görünməyib.

    #İsrail #Fələstin #Rusiya #Fransa #Sergey Lavrov #Emmanuel Makron #Qəzza münaqişəsi #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Orange və Morrison Fransada süni intellekt üçün iri məlumat mərkəzi layihəsinə başlayır

    27 İyul 2026 22:38

    ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısından daha 84 şəxs və şirkəti çıxarıb

    27 İyul 2026 22:19

    Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

    27 İyul 2026 21:59

    Putindən Rusiyanın İrana peyk dəstəyi verib-vermədiyini soruşacağam - Tramp

    27 İyul 2026 21:52

    Netanyahu Tramp qarşısında siyasi təsir imkanlarını nümayiş etdirmək təzyiqi altındadır

    27 İyul 2026 19:42

    İsrail ordusu iki vətəndaşın qanunsuz şəkildə Suriya ərazisinə keçdiyini açıqlayıb

    27 İyul 2026 19:39

    İran Xəzər dənizindəki insidentdən sonra özünü qurban kimi göstərməməlidir - Ukrayna

    27 İyul 2026 19:21

    Almaniya İsrailə rekord həcmdə silah ixracını təsdiqləyib

    27 İyul 2026 19:17

    Tramp ilə görüşdə əsas müzakirə mövzusu İran olacaq - Netanyahu

    27 İyul 2026 18:46

    Livan Prezidenti İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib

    27 İyul 2026 18:42

    Qəzzada BMT məktəbi yaxınlığında mülki şəxslərə hücum edildiyi bildirilir

    27 İyul 2026 18:34

    İsrail əməliyyatlarının Qərb Sahilində humanitar böhranı dərinləşdirdiyi bildirilir

    27 İyul 2026 18:26
    XƏBƏR LENTİ

    Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

    Orange və Morrison Fransada süni intellekt üçün iri məlumat mərkəzi layihəsinə başlayır

    ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısından daha 84 şəxs və şirkəti çıxarıb

    Maldini və Leonardo İtaliya Futbol Federasiyasındakı vəzifələrindən istefa veriblər

    Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

    Azərbaycan və Pakistan mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    Putindən Rusiyanın İrana peyk dəstəyi verib-vermədiyini soruşacağam - Tramp

    ABŞ-nin böyük həcmdə sursat ehtiyatı var - Tramp

    ABŞ hazırda İranla danışıqlar aparır - Tramp

    Qətərin Baş naziri və Kanadanın xarici işlər naziri regional gərginliyin azaldılmasını müzakirə ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.