#Rusiya

ABŞ prezidenti Donald Tramp bildirib ki, iki həftə ərzində Ukrayna münaqişəsi ilə bağlı ya yeni sanksiyalar və rüsumlar tətbiq edə, ya da ümumiyyətlə heç bir addım atmaya bilər. Trampdan ABŞ-ın iki həftə sonra Rusiyaya və Ukraynadakı münaqişəyə yanaşmasını dəyişməyə hazır olub-olmaması barədə sual veriləndə, o cavabında gələcək addımlar barədə qərar qəbul edəcəyini bildirib. “Bu, çox mühüm qərar olacaq: ya ciddi sanksiyalar tətbiq ediləcək, ya rüsumlar, ya hər ikisi, yaxud da ümumiyyətlə heç nə etməyəcəyik və deyəcəyik ki, ‘bu, sizin müharibənizdir’,” – deyə, ABŞ prezidenti vurğulayıb.

Trampın sözçüsü Kerolin Levitt isə bildirib ki, ABŞ təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynanı havadan dəstəkləyə bilər. Onun sözlərinə görə, yüksək dəqiqlikli görüntülərin əldə edilməsi üçün ABŞ pilotlarının patrul uçuşları istisna olunmur, lakin əsas diqqət pilotsuz uçuş aparatlarına yönəlib.

Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı Rusiyaya etiraz notası göndərib. Bu barədə məlumat Nazirliyin rəsmi saytında dərc olunub. Sənəddə Polşa hakimiyyəti Rusiyanı qəsdən təxribat törətməkdə və Polşanın suverenliyinə hörmətlə yanaşmaq öhdəliklərini pozmaqda ittiham edib.

Cayşankar Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb ABŞ-ın Rusiyadan neft idxalı üçün Hindistana tətbiq etdiyi tarifləri və onun aldığı tənqidləri şərh edən Cayşankar, “Biz, amerikalıların son bir neçə ildə Rusiyadan neft almaq da daxil olmaqla, qlobal enerji bazarlarını sabitləşdirmək üçün mümkün olan hər şeyi etməliyik dedikləri bir ölkəyik” deyə o bildirib. Hindistanın Rusiya neftinin və mayeləşdirilmiş təbii qazının (LNG) ən böyük idxalçısı olmadığını vurğulayan Jaishankar, bu mövzuda Çin və Avropanın daha çox önə çıxdığına işarə edib.

Bir gün əvvəl, 20 avqustda, Ukrayna qüvvələrinin Krım sahillərinə desant çıxarma cəhdi də qeydə alınıb. Rusiya hərbi qurumlarının bildirdiyinə görə, Ukrayna katerlərlə yarımadaya yaxınlaşmağa çalışıb, lakin məhv edilib. Həmin əməliyyat kamikadze tipli FVP dronlarının və kəşfiyyat məqsədli PUA-ların dəstəyi ilə həyata keçirilib. Onlardan biri Türkiyə istehsalı Bayraktar olub.