ABŞ Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri çərçivəsində bu ölkənin ərazisinə hərbi qüvvə göndərməyəcək. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama verib.
#Rusiya
ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiven Uitkoff Rusiya və Ukrayna ilə əlaqələri koordinasiya edəcək və yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşünün təşkilinə çalışacaqlar. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
ABŞ, Avropa ölkələri və Ukrayna Kiyevə təhlükəsizlik təminatları ilə bağlı təklif hazırlamaq üçün xüsusi komissiya yaradıb. Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini avqustun 28–dən 30-dək Brüsseldə keçiriləcək qeyri-rəsmi görüşdə müzakirə edəcəklər. Bu barədə Aİ-nin ali nümayəndəsi Kaya Kallas fövqəladə onlayn sammitdən sonra “X” sosial şəbəkəsində məlumat yayıb.
Böyük Britaniya müharibə başa çatdıqdan sonra Ukraynada seçkilərin keçirilməsinə dəstək göstərəcək. Bu barədə “Express” nəşri Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenkoya istinadən xəbər yayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüş, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən iclasın nəticələri müzakirə edilib.
Litva prezidenti Gitanas Nauseda Avropa İttifaqını (Aİ) Ukraynanın 2030-cu ildə quruma qəbul edilməsini rəsmiləşdirməyə çağırıb. Nauseda bu barədə “istəklilər koalisiyası”na daxil olan ölkələrin liderlərinin videokonfransında çıxış edərkən danışıb.
NATO ölkələrinin müdafiə nazirləri çərşənbə günü Ukrayna ilə bağlı videokonfrans keçirməyi planlaşdırır. Digər tərəfdən, Avropa İttifaqı (Aİ) ölkələri isə Vaşinqtonda aparılan danışıqların yekunlarına həsr olunmuş təcili onlayn sammiti başa çatdırır.
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa liderlərinin Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoymadığını bildirərək, Ukraynada yaşayan rus və rusdilli xalqların hüquqlarına hörmət edilmədən uzunmüddətli razılaşmaların mümkün olmayacağını vurğulayıb. Lavrov müsahibəsində NATO-nun şərqə doğru genişlənməsini və Avropa liderlərinin Rusiyaya qarşı sanksiya siyasətini Ukrayna böhranının əsas səbəbləri kimi qiymətləndirib. O, həmçinin Rusiya təhlükəsizliyinin təmin olunmasının sülh danışıqlarının prioritet şərti olduğunu qeyd edib.
Fransa prezidenti Emmanuel Makron Ukraynada sülhə nail olmaq məqsədilə ABŞ, Rusiya və Ukrayna prezidentləri arasında keçiriləcək potensial üçtərəfli zirvə görüşündən sonra Türkiyə və avropalı ölkələrlə yeni danışıqların vacibliyini vurğulayıb. Makron bildirib ki, Tramp, Zelenski və Putin arasında ilkin ikitərəfli görüşlər təşkil ediləcək və ardınca üçtərəfli sammit keçiriləcək. O əlavə edib ki, bu prosesin növbəti mərhələsində Türkiyə və digər Avropa ölkələrinin iştirakı ilə dördtərəfli görüşlər keçirilə bilər.
ABŞ Prezidenti Donald Tramp Krımın Ukraynaya qaytarılmasının, eləcə də ölkənin NATO-ya üzvlüyünün mümkün olmadığını bəyan edib.
ABŞ prezidenti Donald Tramp potensial Rusiya–Ukrayna razılaşması ilə bağlı açıqlama verib. O bildirib ki, Ukraynanın Avropa ilə Rusiya arasında “bufer” rolunu oynayacağını düşündüyünü, lakin NATO üzvlüyünün gündəmdə olmadığını qeyd edib. Tramp çıxışında “Vaxt itirmək istəmirəm. Sadəcə bu müharibəni bitirmək istəyirəm” deyərək, münaqişənin həlli üçün sürətli nəticə əldə etmək istədiyini vurğulayıb. “Ola bilsin ki, Putin razılaşmaq istəmir. Bir neçə həftə ərzində Putin haqqında daha çox məlumat əldə edəcəyik” - deyə o bildirib.