#Tehran

İran Xarici İşlər nazirinin müavini bölgədəki hərbi-siyasi vəziyyət və Vaşinqtonla aparılan danışıqlar barədə geniş bəyanatla çıxış edərək, ABŞ-ın diplomatik səylərə xələl gətirdiyini bildirib. Nazir müavini Hörmüz boğazında naviqasiyanın asanlaşdırılmasına hazır olduqlarını, lakin Amerika tərəfinin ziddiyyətli mövqe nümayiş etdirdiyini vurğulayıb.

ABŞ və İran arasında yeni danışıqların keçirilməsi planlaşdırılır. Bildirilir ki, həm İran, həm də ABŞ nümayəndə heyətləri danışıqlar üçün Pakistan paytaxtında bir araya gələcək. Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hücumlar fonunda regionda gərginlik artmış, daha sonra 8 apreldə tərəflər arasında atəşkəs əldə olunmuşdu.

Pakistanın ordu komandanı Tehranda İran rəsmiləri ilə görüşərək ABŞ və İran arasında danışıqların yenidən başlanmasına nail olmaq üçün vasitəçilik səylərini davam etdirir. Qeyd olunub ki, Vaşinqton İran üzərinə iqtisadi təzyiqi artırmaq niyyətindədir və yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu addım ABŞ rəsmiləri tərəfindən “maliyyə baxımından bombardman ekvivalenti” kimi qiymətləndirilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında ABŞ ilə aparılan sülh müzakirələri çərçivəsində bu gün Pakistandan olan nümayəndə heyətini qəbul edəcəklərini bildirib. Sözçü qeyd edib ki, Pakistandakı danışıqların əsas məqsədi müharibənin dayandırılması və İranın tələblərinin müzakirə edilməsidir. Görüş zamanı tərəflərin mövqelərinin təfərrüatlı şəkildə nəzərdən keçiriləcəyi vurğulanıb.

İran rəhbərliyi regiondakı gərginlik fonunda növbəti sərt mesajını verib. Məlumata əsasən, o, bu fikirləri Tehranda təcili xidmətlər mərkəzinə səfəri zamanı səsləndirib və beynəlxalq münasibətlərdə ikili standartları tənqid edib. Qeyd olunub ki, Pezeşkian ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını beynəlxalq hüquqa zidd adlandırıb və mülki əhalinin hədəfə alınmasını pisləyib.

Finlandiya Prezidenti Aleksandr Stubb Yaxın Şərqdəki gərginlik və İranın dəniz strategiyası ilə bağlı kəskin xəbərdarlıq edib. Prezident İranın Hörmüz boğazı üzərindəki nəzarətinin qlobal təhlükəsizlik üçün yaratdığı təhdidi nüvə silahı ilə müqayisə edib. Aleksandr Stubb bildirib ki, Tehranın bu mühüm su yolu üzərindəki təsiri artıq sadəcə bir coğrafi üstünlük deyil:

Səudiyyə Ərəbistanı və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Məlumata əsasən, tərəflər İran ilə ABŞ arasında aparılan sülh danışıqlarından sonra yaranmış son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, telefon danışığı zamanı regionda sabitliyin qorunması və diplomatik proseslərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb

Böyük Britaniyanın baş naziri Kir Starmer Hürmüz boğazı ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb. Baş nazir beynəlxalq dəniz keçidinin açıq qalmasının vacibliyini vurğulayaraq son həftələrdə bütün səylərin bu istiqamətə yönəldiyini qeyd edib. Bildirilib ki, Britaniya regionda hərbi imkanlarını əsasən boğazın təhlükəsiz və açıq saxlanmasına yönəldib. Bununla yanaşı, Starmer qeyd edib ki, ölkəsinə müharibəyə qoşulmaq üçün təzyiqlər olsa da, yalnız hüquqi əsas və dəqiq plan olduqda belə qərar qəbul edilə bilər.

İran ABŞ-nin “dəniz ablukası” ilə bağlı bəyanatlarından sonra bölgədəki limanların təhlükəsizliyi ilə bağlı sərt mövqe ortaya qoyub. Məlumata əsasən, Zülfiqari qeyd edib ki, İran öz ərazi sularında təhlükəsizliyi təmin etməkdə qərarlıdır. O bildirib ki, ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçidinə icazə verilməyəcək, digər gəmilər isə koordinasiya əsasında hərəkət edə biləcəklər.