İordan çayının qərb sahilində qeyri qanuni məskunlaşan radikal yəhudilər, bu gün sübh tezdən Səlfitin şimal-qərbində yerləşən Hacı Hömeydə məscidini yandırıblar. Fələstinli fəal Nəzmi əs-Səlman bildirib ki, hadisə Deiristiya və Kəfl Həris qəsəbələri arasında baş verib. Məlumatda qeyd edilir ki, məscidə daxil olan radikal yəhudilər, məscidin girişinə yandırıcı maddə töküblər. “Alovun bütün məscidə yayılmasının qarşısı sakinlərin müdaxiləsi ilə alınıb. Məscidin divarlarına ərəblərə və müsəlmanlara qarşı irqçi şüarlar yazılıb”-deyə məlumatda qeyd edilir.
#Fələstin
Qəzza Bələdiyyəsi təsdiqləyib ki, elan olunmuş atəşkəsə baxmayaraq, davam edən İsrail təcavüzü nəticəsində zolaq genişmiqyaslı və misilsiz dağıntılarla üzləşib və infrastrukturun təxminən 85 faizi birbaşa və ya dolayısı ilə zərər görüb. Bələdiyyənin açıqlamasında qeyd olunub ki, ziyan bir çox həyati sahələri əhatə edir və artıq Qəzza tammiqyaslı bərpaya ehtiyac duyur.
İsraillə HƏMAS arasında atəşkəsin davam etməsi ilə ölkə “müharibədən sonrakı dövrə” daxil olub. Raket səsləri kəsilsə də, ictimaiyyət və siyasət səhnəsində əsas sual indi hökumətin məsuliyyəti və müharibənin nəticələridir.
İtaliyanın Baş naziri Corciya Meloni Romaya səfər edən Fələstin Prezidenti Mahmud Abbasla görüş keçirib. Tərəflər iki ölkə arasında əlaqələrin inkişafını, həmçinin regional vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə ediblər. Fələstin Xəbər Agentliyi (WAFA) bildirir ki, Mahmud Abbas görüş zamanı Qəzza Zolağında atəşkəsin davamlılığının təmin olunması, humanitar yardımın əhaliyə fasiləsiz şəkildə çatdırılması, girovların və məhbusların azad edilməsi, İsrail ordusunun Zolaqdan tam çıxması və Fələstin Dövlətinin Qəzzada idarəçiliyi öz üzərinə götürməsi istiqamətində aparılan səylər barədə məlumat verib. O, həmçinin bərpa prosesinin başlanmasının və əhalinin məcburi köçürülməsi və ya torpaqların ilhaqı cəhdlərinə yol verilməməsinin zəruriliyini vurğulayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Rumıniyanın xarici işlər naziri Oana Toiu ilə keçirilən görüşdən sonra birgə mətbuat konfransında mühüm açıqlamalar verib. Nazirlər ikitərəfli münasibətlər, enerji əməkdaşlığı, müdafiə sənayesi, Karadeniz təhlükəsizliyi, regional proseslər və Qəzzadakı vəziyyəti müzakirə ediblər.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, beynəlxalq sabitlik qüvvəsinin Qəzzəyə yerləşdirilməsi “çox yaxın vaxtlarda” baş tutacaq.Açıqlama, Vaşinqtonun Trampın sülh planını dəstəkləmək məqsədilə BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etməsindən bir gün sonra səsləndirilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Finlandiyada keçirdiyi rəsmi görüşlərdən sonra həmkarı Elina Valtonen ilə birgə mətbuat konfransı keçirib. Fidan bildirib ki, Qəzzaya humanitar yardımların girişi hələ də kifayət qədər deyil və bu istiqamətdə tədbirlərin daha səmərəli hala gətirilməsi üçün işlər davam edir. Nazir əlavə edib ki, Türkiyə atəşkəsin qorunması və humanitar vəziyyətin yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edib.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail parlamentində fələstinli məhbusların edamını leqallaşdıran qanun layihəsinin irəli sürülməsini kəskin şəkildə pisləyib. Qurum bunun beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyalarına və əlaqədar BMT qərarlarına açıq ziddiyyət təşkil etdiyini bildirib.
Bir neçə gün öncə paytaxtımızın məşhur restoranlarından biri olan “Soul Kitchen Terrace Baku”da Fələstin bayrağı mübahisəsi yaşanıb. Restoranın qonağı olan xarici müştərilər məkanın onlayn menyusunda dil seçimi bölümündə Ərəb dilinin qarşısında Fələstin bayrağının əks olunmasına etiraz ediblər. Onlar bu bölümdən Fələstin bayrağının dərhal çıxarılmasını, əks təqdirdə restoranı tərk edəcəklərini və “Soul Kitchen Terrace Baku”nu boykot etməyə çağıracaqlarını bildiriblər.
Fələstin rəhbərliyi, İsraildə fələstinli məhbuslara ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsini “müharibə cinayətlərinin rəsmi elan edilməsi” kimi qiymətləndirib və bunu dəstəkləyənlərin cəzalandırılmasını tələb edib. Fələstin Xarici İşlər Nazirliyi, fələstinli məhbuslara ölüm cəzası verilməsini nəzərdə tutan qanun layihəsinin İsrail Parlamentinin Milli Təhlükəsizlik Komissiyası tərəfindən qəbul edilməsindən sonra yazılı açıqlama yayıb.
İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçirilən Qəzza mövzusuna həsr olunmuş yüksək səviyyəli toplantı başa çatıb. AzerVoice xəbər verir ki, toplantıda İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri, eləcə də BƏƏ və Qətərin rəsmi nümayəndələri iştirak ediblər.
İsrail Enerji naziri Eli Kohenin Misirə qaz ixracına dair rekord dəyərli müqaviləni təsdiq etməkdən imtina etməsi ABŞ-ın kəskin reaksiyasına səbəb olub və Vaşinqton Enerji naziri Kris Raytın gələn həftəki İsrail səfərini ləğv edib.