İsrail ordusu səhər saatlarında Qəzza zolağının müxtəlif bölgələrinə intensiv hava hücumları təşkil edib və çox sayda binanı partlayıcılarla dağıdıb. Bu hücumlar 10 oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşmasının növbəti pozuntuları kimi qeydə alınıb.
#Fələstin
İran Parlamenti Asiya Parlament Assambleyasının (APA) Siyasi İşlər Daimi Komitəsi və Fələstin Komitəsinin toplantılarına müqəddəs Məşhəd şəhərində ev sahibliyi edəcək. İki APA komitəsinin görüşləri dekabrın 3-dən 6-dək İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək. Tədbir çərçivəsində Asiyanın müxtəlif ölkələrindən 15 parlament nümayəndə heyəti bir araya gələrək əməkdaşlıq təşəbbüsləri və Fələstin də daxil olmaqla əsas siyasi məsələlər üzrə müzakirələr aparacaq.
Suriya Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi, səfir İbrahim Ulabi işğal altındakı Qolan Təpələrinin Suriya torpağı olduğunu və ölkəsinin buranın tamamını İsraildən geri almaq hüququna malik olduğunu açıqlayıb. Suriya dövlət televiziyası El-İhbariye-nin xəbərinə görə, Ulabi hər iki tərəfin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq məqsədilə Suriya və İsrail arasında aparılan danışıqların ABŞ Prezidenti Donald Trampın müşahidəsi altında keçdiyini bildirib.
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Krallığın bütün tərəfdaşlarla birlikdə 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması istiqamətində səylərini davam etdirəcəyini bir daha bəyan edib. Hökumət həmçinin İsrail ordusunun Qəzzadan tam çıxmasının vacibliyini vurğulayıb. Rabitə və sərmayə mövzuları, eləcə də regiondakı vəziyyət Riyadda keçirilən iclasda vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salmanın ABŞ-a səfərinin nəticələri fonunda müzakirə olunub. Vəliəhd şahzadə səfər çərçivəsində prezident Donald Tramp, Konqres rəhbərliyi və Senat üzvləri ilə görüşərək iki ölkə arasındakı tarixi tərəfdaşlığın gücləndirilməsini diqqətə çatdırıb.
İsrail ordusu işğal altındakı Qərb Şəriyanın şimalında yerləşən Tubas şəhəri və ətraf qəsəbələrə səhər saatlarında genişmiqyaslı hücumlar edib. Bölgəyə güclü ehtiyat qüvvələri göndərən İsrail ordusu bəzi məntəqələrə hərbi iş maşınları yerləşdirib və helikopterlərdən müəyyən hədəflərə atəş açıb. İsrail qüvvələri şəhərin bütün girişlərini torpaq baryerləri və hərbi yoxlama məntəqələri ilə bağlayaraq sokağa çıxma qadağası tətbiq edib.
İran və Pakistanın yüksək səviyyəli rəsmiləri İslamabadda keçirilən görüşdə Fələstin xalqına dəstək məqsədilə birgə və koordinasiyalı fəaliyyətin vacibliyini qeyd ediblər. İranın Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) katibi Əli Laricani və Pakistan Xarici İşlər naziri Məhəmməd İshaq Dar arasında keçirilən görüşdə son regional inkişaflar və İslam ölkələrinin ortaq çağırışlarla mübarizədə birgə addımlar atmasının zəruriliyi müzakirə olunub.
Ərzurumda da papaq islahatına qarşı nümayişlər keçirilib. Həbs edilənlərdən 13-ü haqqında ölüm hökmü çıxarılıb və Ərzurumda 1 ay müddətinə fövqaladə vəziyyət elan edilib.
İsrail oktyabrın əvvəlindən qüvvəyə minmiş atəşkəsə baxmayaraq Qəzzada yüzlərlə fələstinlini öldürüb və humanitar yardımların daxil olmasını ciddi şəkildə məhdudlaşdırmağa davam edir. 10 oktyabrda İsrail və HƏMAS arasında elan edilmiş atəşkəsin məqsədi Qəzza sakinlərinə qarşı iki ilə yaxın davam edən hücumları dayandırmaq və bölgədə sülhü təmin etmək idi.
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın ABŞ-yə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu münasibətlərin formalaşması son on ildə regional və qlobal dəyişikliklərin fonunda baş verib və Riyad–Vaşinqton xəttində qarşılıqlı maraqlara əsaslanan yeni bir siyasi-iqtisadi modelin meydana çıxmasına səbəb olub.
İsrail ordusunun Qəzzədəki 760 illik Paşa Sarayı Müzeyinə qarşı həyata keçirdiyi hücumun təfərrüatları ortaya çıxıb. UNESCO tərəfindən qorunan, Osmanlı valilərinin iqamətgahı və Napolyonun qaldığı tarixi abidə olan Paşa Sarayı Müzeyinin bombalanmasının ardından, içərisindəki nadir eksponatların da talan edildiyi bildirilir.
İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir, ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim etdiyi Qəzzaya dair qərar layihəsinin qəbul edilməsi halında Fələstin rəhbərliyinə qarşı “hədəfli sui-qəsdlər” həyata keçirilməsi və Fələstin Dövlət Başçısı Mahmud Abbasın həbs olunması çağırışı ilə çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.