#Fələstin

Fələstinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Riyad Mənsur İsrailin Qəzza zolağındakı atəşkəs razılaşmasını dəfələrlə pozduğunu bildirərək, razılaşmanın “son dərəcə kövrək” vəziyyətdə olduğunu vurğulayıb. Fələstinin rəsmi WAFA agentliyinin xəbərinə görə, Mənsur İsrailin Qəzzədə fələstinlilərə qarşı 700 gündən artıq davam edən hücumları ilə bağlı BMT baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının sədrinə və BMT Baş Assambleyasının sədri Annalena Baerbocka məktublar göndərib.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir bu gün “Telegram” kanalında yayımlanan yeni video ilə yenidən mübahisələrə səbəb olub. Kadrda nazir yerə uzadılmış, əlləri arxadan qandallanmış fələstinli məhbusların qarşısında dayanır və İsrailin “terrorçu” adlandırdığı şəxslərə edam cəzasının tətbiq olunmasını tələb edir.

Beynəlxalq mediada yayılan məlumatlara görə, Yaxın Şərqdə İsrailin artan hərbi fəaliyyəti fonunda İran, Türkiyə və Səudiyyə Ərəbistanını yeni təhlükəsizlik koalisiyasına cəlb etməyə çalışır. Xüsusilə İsrailin Qətərə hücumu və regiondakı gərginliyin artması fonunda Tehranın üçtərəfli əməkdaşlıq planını aktivləşdirdiyi bildirilir.

Livanın Baş naziri Nəvvaf Səlam cümə günü bildirib ki, hökumət Fələstin düşərgələrindəki silahlanma məsələsi ilə bağlı ciddi addımlar atıb və bir daha vurğulayıb ki, silah yalnız dövlətin əlində olacaq və bu mövzuda geri dönüş yoxdur. Rəsmi “Livan Milli İnformasiya Agentliyi”nin məlumatına görə, bunu Səlam təhlükəsizlik vəziyyəti və silahın təkcə dövlət tərəfindən idarə olunmasına dair sualı cavablandıraraq deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankarada rəsmi səfərdə olan Almaniya kansleri Fridrix Merslə keçirilən birgə mətbuat konfransında Qəzza məsələsini müzakirə edib. Kanslerin “İsrail özünü müdafiə etdi” ifadəsinə açıq şəkildə etiraz edən Ərdoğan: “60 mindən çox uşaq, qadın və yaşlı həyatını itirib. HƏMAS-ın bombası, nüvə silahı yoxdur. Amma bütün bu silahlar İsrailin əlində var və istifadə edir. Qəzzə gecə-gündüz bombardman olunur. Bunları Almaniya görmürmü?”-deyib.

İsrail Knessetinin (parlamentinin) Araşdırma və Məlumat Mərkəzi son 18 ay ərzində orduda 279 intihar cəhdinin qeydə alındığını, onlardan 36 hərbçinin həyatını itirdiyini açıqlayıb. Məlumata görə, İsrailin 2023-cü ilin oktyabr ayında Qəzzaya qarşı hərbi əməliyyatlara başlamasından sonra ordu daxilində intihar hallarında ciddi artım müşahidə olunub. Mütəxəssislər bu vəziyyətin psixoloji təzyiq, travma və artan hərbi çağırışlarla əlaqəli olduğunu bildirir.

İstanbul Universitetinin Prof. Dr. Cemil Bilsel Konfrans Salonunda toplanan və keçmiş BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Prof. Dr. Richard Falkın rəhbərlik etdiyi Qəzza Məhkəməsi üzvləri yekun qərarını açıqlayıb. Məhkəmə heyətinin hazırladığı qərarda İsrailin Qəzza Zolağındakı əməliyyatları “soyqırım” kimi təsnif edilib və bu hərəkətlərin sənədləşdirilməsi ilə bağlı geniş arqumentlər təqdim olunub.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, “İsrail suveren dövlət olaraq öz təhlükəsizlik siyasətini və Qəzza zolağında əməkdaşlıq etməyə razı olduğu beynəlxalq qüvvələri özü müəyyən edəcək”. “Biz təhlükəsizliyimizə özümüz nəzarət edirik və beynəlxalq güclərə aydın şəkildə izah etmişik ki, İsrail hansı qüvvələrin bizim üçün qəbuledilməz olduğunu özü müəyyən edəcək. Biz bu şəkildə hərəkət etmişik və bu istiqamətdə hərəkət etməyə davam edəcəyik”.-deyə o bildirib.